• $
  • €
  • ₽
  • ₺
  • £

“Aparıcının efirdə belə böyük-böyük danışması yolverilməzdir” - MTRŞ “Manpası” haqda

“Aparıcının efirdə belə böyük-böyük danışması yolverilməzdir” - MTRŞ “Manpası” haqda
18.03.2019 12:46
"Son vaxtlar Novruz bayramının bir sıra atributlarının tənqidi, bu sahədə yeniliklərin zəruriliyi ilə bağlı fikirlərə tez-tez rast gəlinir".


Bunu "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.


O bildirib ki, hətta bu tip diletant fikirlər bəzən teleradio efirlərinə də yol tapır: "Məsələn, ötən həftə Media FM-in "Manpası" verilişinin aparıcıları keçəl və kosa personajlarının guya dövrə, zamana uyğun olmadığı və ümumiyyətlə Novruz bayramının rebredinq olunması ilə bağlı fikirlər səsləndirirdilər. Fikrimcə, əvvəla, ənənələrə hörmət edilməlidir. Bu dəyərlər uzun əsrlərin sınağından çıxıb. İkincisi isə Novruz adətləri hansısa aparıcının tənqid edə biləcəyi mövzu deyil. Aparıcının efirdə bu cür sərbəstliyi, böyük-böyük danışması yolverilməzdir. Aparıcı zəhmət çəksin öz miqyasında olan məsələlərə münasibət bildirsin. Ümumiyyətlə bəzi aparıcılarda verilişlərinin reytinqinin gətirdiyi başgicəllənməsi hiss olunur. Ola bilsin həmin aparıcıdan da kimlərinsə, xoşu gəlmir. Onda tələb etsinlər ki, həmin aparıcını da "rebredinq" eləsinlər? Ümumiyyətlə, Novruz adətlərinin, personajlarının gözdən salınmasında medianın müəyyən rolu var. Belə ki, komediya adı altında hansısa tamaşada, serialda kosa və keçəlin iştirakı ilə səviyyəsiz komik səhnələr çəkilib nümayiş etdirilir… Yaradıcı işlə məşğul olanlar öz məsluliyyətlərini hiss etməlidirlər. Çünki dəyərlər hamınındır, reytinq xatirinə aşağılana bilməz.


Pafoslu səslənsə də, milli dəyərlərin kreativliyə, innovasiyalara, rebredinqə ehtiyacı yoxdur".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol