• $
  • €
  • ₽
  • ₺
  • £

İranda Baloğlan Əşrəfova hücum oldu — "Heç Alim Qasımov da..."

İranda Baloğlan Əşrəfova hücum oldu — "Heç Alim Qasımov da..."
27.03.2019 13:12
Əməkdar artist Baloğlan Əşrəfov İranın Sərəyin şəhərində konsert proqramı ilə çıxış edib.

Bu barədə "Ölkə.Az"a əməkdar artist özü məlumat verib. Onun sözlərinə görə, sözügedən şəhərdə İrandakı şah rejiminin devrilməsindən sonra ilk dəfə konsert təşkil edilib:

"Şah rejimindən sonra Ərdəbilin Sərəyin şəhərində ilk dəfə möhtəşəm konsert proqramı ilə çıxış etdim. Yaxın günlərdə konsertdən olan görüntüləri də mediaya təqdim edəcəyəm. Ərdəbilin mədəniyyət idarəsinin rəisi məni dəvət etmişdi. Bildirdilər ki, sən Azərbaycandan ilk müğənnisən ki, burada ansamblla konsert proqramı ilə çıxış etdin. Bu yaşıma qədər çox konsertlər vermişəm, amma beləsi olmamışdı. Məni təxminən on cangüdən səhnədən maşına güclə apardı. Əgər o izdihamın içində salamat qalmışamsa, bu, böyük işdir. Məni böyük çətinliklə izdihamın arasından çıxardılar. Mənə dedilər ki, şah rejimindən sonra burada konsert verən ilk müğənni kimi bizim tariximizə düşdün. Konsertin səhəri günün mənə çox bahalı klip çəkdilər. İnşallah, o klipi də Azərbaycan tamaşaçılarına təqdim edəcəyik. Yaşımın bu vaxtında belə bir uğur qazanmışamsa, Allahımdan və tamaşaçılardan milyon dəfə razıyam". 

Baloğlan Əşrəfovun sözlərinə görə, konsertdən sonra tamaşaçıların hücumuna məruz qalıb:
"Hər bir sənətçimizə belə sevgi arzulayıram. Orada sevdiklərindən məni öldürə də bilərdilər. Mühafizəçilər gördülər ki, yerimək mümkün deyil, məni göyə qaldırıb əllərinin üstümdə maşına apardılar.  Bu konsertlər İranın ayrı-ayrı şəhərində olacaq. Növbəti konsertimiz İranın Astara şəhərində baş tutacaq. Bu konsertdən sonra eşitdim ki, İranın müxtəlif şərlərindən də sifarişlər gəlir". 

Əməkdar artist qeyd edib ki, məhz Sərəyində hətta xalq artisti Alim Qasımov da konsert verə bilməyib:

"Alim Qasımov kimi dünya şöhrətli sənətkar Sərəyində konsert verə bilməyib. Bu, faktdır. Alim mənimçün dünyanın bir nömrəli sənətkarıdır. Bunu danan insafsızdır. Orada ilk konserti mən vermişəm. Mən orda-burda otağa girib yüz nəfərin qarşısında çıxış etməyi nəzərdə tutmuram. Söhbət böyük konsertdən gedir. Bunu qorxmadan və çəkinmədən deyirəm". 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol