• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan muğam ensiklopediyası" rus dilində

"Azərbaycan muğam ensiklopediyası" rus dilində
26.09.2014 15:17
Sentyabrın 25-də Muzey Mərkəzində "Azərbaycan muğam ensiklopediyası"nın rusca nəşrinin («Eнциклопедия азербайджанского мугама») təqdimat mərasimi keçirildi. Ensiklopediya 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan dilində çap edilib.Mərasimi Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq muğam sənətimizin intibah dövrünü yaşadığını vurğuladı. Qeyd etdi ki, bu sənətin yaşamasında və təbliğində muğam ifaçılarımızla yanaşı, onun nəzəriyyəsini tədqiq edən alimlərimizin də böyük xidmətləri var. Azərbaycan muğam ensiklopediyasının rus dilində nəşri bu sənəti daha geniş təbliğ etmək istəyindən yaranıb. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının keçirildiyi günlərdə milli muğam sənətimiz barədə bütün elmi biliklərin toplandığı kitabın rus dilində təqdimatının keçirilməsinin əlamətdar hadisə olduğunu vurğuladı: "Böyük zəhmət bahasına, çox böyük zövq ilə ərsəyə gəlmiş, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi kollektivin əməyinin bəhrəsi işıq üzü görüb. Rus dilində danışan, bu dildə məlumat əldə edən insanların sayının 100 milyonlarla olduğunu nəzərə alsaq, bu nəşrin Azərbaycan musiqisinin təbliğinə nə qədər böyük töhfə olduğunu görərik. Ensiklopediyanın hazırlanmasında zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm".AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ötən əsrin əvvəlindən başlayaraq muğam sənətinin musiqi məclislərindən muğam operası, simfonik muğam, muğam-caz janrlarınadək inkişaf etdiyini diqqətə çatdırdı: "Təqdirəlayiq haldır ki, son illər muğam elmi də inkişaf edir. Muğam ensiklopediyasının rus dilində nəşri milli muğamın dünyada tanıdılması, təbliği yolunda böyük bir addımdır. Arzu edirəm ki, ensiklopediya ingilis dilində də çap edilsin". Ensiklopediya üzərində çalışmış rusiyalı musiqişünas, Rusiya Ensiklopediyasının redaktoru Olqa Frolova da nəşrin yüksək səviyyədə hazırlandığını vurğuladı. Onun sözlərinə görə, ensiklopediya digər mədəniyyətlərin nümayəndələrinin Azərbaycan muğamını daha rahat anlaması və sevməsi üçün zəmin yaradır. Akademiklər Vasim Məmmədəliyev və Rafael Hüseynov, qocaman xanəndə Əlibaba Məmmədov nəşrin əhəmiyyətindən danışdılar. Ensiklopediya üzərində çalışmış musiqişünaslar İradə Köçərli və Səyyarə Ağayeva iş prosesi barədə məlumat verdilər. Mərasimin sonunda Xalq artisti Mənsum İbrahimovun və yetirmələrinin iştirakı ilə qısa muğam konserti təqdim olundu. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol