• $
  • €
  • ₽
  • ₺
  • £

Nobel almış müsəlmanlar: 112 ilə cəmi 10 nəfər

Nobel almış müsəlmanlar: 112 ilə cəmi 10 nəfər
26.09.2014 13:49
Müsəlmanlar Yer Kürəsinin əhalisinin təxminən 4-də 1-ni təşkil edirlər.
Amma onların arasından, Nobel mükafatının verilməyə başlandığı 1901-ci ildən bəri, cəmi 10 mükafatçı çıxıb.
Bunların da 6-sı Nobel Sülh Mükafatına layiq görülənlərdir. İkisi Ədəbiyyat üzrə Nobel alıb.
Elmlə bağlı Nobel mükafatlarının indiyəcən yalnız ikisində - Fizika və Kimya nominasiyalarında müsəlman qaliblər olub. Tibb və İqtisadiyyat üzrə Nobeli alan müsəlman yoxdur.
Abdus Salam - Pakistanlı fizik. Nobel mükafatı almış ilk müsəlman alimidir. 1979-cu ildə amerikalı alimlər. Sheldon Lee Glashow və Steven Weinberg ilə şərikli olaraq Fizika üzrə Nobel Mükafatına layiq bilinib - "elementar hissəciklər arasında zəif və elektromaqnit əlaqəyə aid nəzəriyyənin yaradılmasında xidmətlərinə görə".
Ahmed Zewail - Misir-Amerika alimi. 1999-cu ildə Kimya üzrə Nobel Mükafatını qazanıb. Mükafat ona "Femtosaniyə texnikasından istifadə etməklə aparılan kimyəvi reaksiyalar zamanı keçid hallarının öyrənilməsinə görə" verilib.
Anwar al-Sadat - Misir prezidenti . 1978-ci ildə İsrailin baş naziri Menachem Begin ilə birgə Nobel Sülh Mükafatına layiq görülüb. İsraillə Misir arasında əldə olunan sülhə görə.
Yasser Arafat - Fələstin Muxtariyyətinin rəhbəri. 1994-cü ildə İsrail siyasətçiləri Shimon Peres və Yitzhak Rabin ilə birgə Nobel Sülh Mükafatına layiq görülüb. "Yaxın Şərqdə sülh yaratmaq səylərinə görə".
Shirin Ebadi - İranlı hüquq müdafiəçisi. İranda insan haqları uğrunda, xüsusən qadın və uşaqların hüquqları uğrunda mübarizəsinə görə 2003-cü ilin Sülh Mükafatı ona verilib.
Mohamed El Baradei - Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri kimi "nüvə enerjisinin yalnız sülh məqsədləri üçün istifadəsinə çalışdığı üçün" 2005-ci ilin Nobel Sülh Mükafatına layiq bilinib. Misirlidir.
Muhammad Yunus - banqladeşli iqtisadçı. 2006-cı ildə Nobel Mükafatı onunla birlikdə Grameen Banka verilib. Kasıblar üçün əlyetərli kredit sistemi yaratdıqları üçün.  
Tawakel Karman - yəmənli insan haqları müdafiəçisi. 2011-ci ildə liberiyalı Ellen Johnson Sirleaf və Leymah Gbowee ilə birlikdə dinc üsullarla qadın hüquqları uğrunda mübarizəsinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
Naguib Mahfouz - Misir yazıçısı. Ədəbiyyat üzrə Nobel Mükafatını 1988-ci ildə alıb.
Orhan Pamuk - Türk yazıçısı. Ədəbiyyat üzrə Nobel Mükafatını 2006-cı ildə qazanıb.
Oxu Zalı
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol