• $
  • €
  • ₽
  • ₺
  • £

Payızda baxılası 5 ən gözəl film

Payızda baxılası 5 ən gözəl film
24.09.2014 13:43

Nyu Yorkda payız (Autumn in New York)

Nyu Yorkun özündən razı biznesmenlərindən biri olan Uill Keyn vaxtının çoxunu eyş-işrətdə keçirir. Qabağına çıxan heç bir qadından vaz keçmir. Hətta onun hər gecə ayrı-ayrı qadınlarla olduğu haqqında dedi-qodular da var. Bir gün o, 22 yaşlı, gənc və gözəl Şarlotta ilə qarşılaşır. Bu qız Keyni öz əsirinə çevirə bilir. Çünki bu qızda elə bir qığılcım var ki, bəlkə də elə Keyn ömür boyu bunu axtarıb. Amma onların bu xoşbəxtliyi bir ömür boyu sürə biləcəkmi?

Cənnətdən uzaqda (Far From Heaven)

1950-ci illərin Amerikasında yaşayan evdar bir xanımın hekayətindən bəhs edir bu film. Uimaker ailəsi xoşbəxt və sakit həyat sürür. Amma bir gün Keti ərinin homoseksual olduğunu öyrənir. Bütün varlığı ilə sevdiyi ərini başqa bir kişi ilə eyni yataqda tutan Keti onu bu bataqlıqdan qurtarmaq üçün ağlasığmaz cəhdlərə əl atır. Amma buna nail ola biləcəkmi?

Şirin noyabr (Sweet November)

Bütün varlığı ilə peşəsinə bağlı olan Nelson Moss təsadüfən Sara adlı dəli-dolu bir qızla tanış olur. Şıltaq qız Nelsonu əldə etmək üçün onun başına olmazın oyunlar açır. Əvvəlcə Saraya nifrətlə baxan Nelson sonradan onunla yaşadığı bir ayı bir ömür boyu sürdürmək istəyir. Amma bu mümkün deyil, Saranın xərçəng adlı gizlin sirri var. Bir gün bu sirr açılır və hər iki insan üçün həyatın ən acı qərarını vermək məcburiyyətində buraxır. Gözəl və yaddaqalan musiqi ilə müşayiət olunan film baxanların yaddaşından uzun zaman silinməyəcək dərəcədə peşəkarlıqla hazırlanıb.

Bağlar ölkəsi (Garden State)

26 yaşlı Endryu Larcmen 9 il sonra anasının vəfat etdiyini eşidib evinə geri dönür. Anasının dəfn mərasimində o, əvvəllər dostluq etdiyi, indi isə qəbir qazmaqla ömrünü keçirən köhnə dostu Markla qarşılaşır. Larcmen vaxtının çoxunu dostu ilə keçirir. Bir gün o, Sam adlı qəşəng bir qızla da tanış olur. Bu iki şəxsin bir-birindən çəkinərək başlayan münasibətləri hara qədər davam edəcək? Sadəcə, bir payız axşamı bu filmə baxın, vəssəlam!

Harri ilə Salli tanış olunca... (When Harry Met Sally)

Bir səfər zamanı qarşılaşan Harri və Salli ünsiyyət qururlar, məlum olur ki, eyni universitetdə təhsil alsalar da heç vaxt qarşılaşmayıblar. Bir-birilərinə xoş gələn gənclər daha sıx münasibətdən qaçırlar. Daha çox Salli dostlaşmağın tərəfdarı deyil. Tale onları 5 il sonra təkrar qarşılaşdırır, amma başqa situasiyada - Harri evlənməyə hazırlaşır, Salli isə bir nəfərlə məhəbbət yaşayır. Amma bu dəfə də onlar bir-biriləri üçün yarandıqlarının fərqində olsalar da, qorxub qaçırlar.6 ildən sonra onların qarşılaşması artıq qismət idi. Bu dəfə Harrinin arvadı onu atıb getmiş, Sallinin sevgilisi isə evlənməkdən imtina edərək onu tərk etmişdi. Bu dəfə isə onlar dostlaşırlar və münasibətlərinin dərinləşməsinə icazə verirlər. Amma 11 il bundan əvvəldən fərqli olaraq bu dəfə Harri Sallidən qaçır. Bəs Salli onu geri qaytara və bir ömür boyu xoşbəxt ola biləcəklərmi?ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol