• $
  • €
  • ₽
  • ₺
  • £

Şəfanın ölümünə səbəb olan qardaşı: “Anam dedi ki, iynəni oğluma vurun” - VİDEO

Şəfanın ölümünə səbəb olan qardaşı: “Anam dedi ki, iynəni oğluma vurun” - VİDEO
29.04.2019 14:28
ARB TV-nin "Bu qədər” proqramının növbəti buraxılışında mərhum müğənni Şəfa Hüseynovanın həyatından danışılıb.

Qohumları və qardaşı onunla bağlı xatirələrini bölüşüblər:

Səxavət Hüseynov  – Qardaşı: "Valideynlərimiz Şəfanın oxumağına narazılıq edirdi. Sonra ilk anam başladı dəstək olmağa. Ailə qurdu, yoldaşı ilə yola getmədilər, boşandı. Bir çox mahnının sözlərini də öz həyatı ilə bağlı yazmışdı. Evdə yoldaşının başqa qızlarla şəkillərini tapdı. Dedi, boşanıram. İstədik barışdıraq, mümkün olmadı. Bizə dəvətnamə gəlmişdi, qohum toyu idi. Şəfanı toya müğənni kimi çağırmamışdılar. Həmin günə Bakıda da toyu vardı. Axşam belə qərarə gəldik ki, toya getməyək. Səhər tezdən yatdığım otağın qapısını açdı, "Səxavət, dur toya gedək, yaxşı deyil, ayıbdır”. Getdik toya. Səhər saat 05:00-da yola çıxdıq. Nə içkili idim, nə də yuxulu. Hüseynə dedim, deyəsən yorğunsan, gəl yerimizi dəyişək. Sükana mən keçdim, sonra qəza baş verdi. Bizi xəstəxanaya aparanda həkimlər anama ağrıkəsici iynə vurmaq istəyib, anam ağrıdan inildədiyimi görüb deyib ki, mənə yox, oğluma vurun, istəyirəm oğlum sağ qalsın. Həkimlər mənə iynə vuranda yatmışam. Anamın ürəyi xəstə idi, elə bilib ölmüşəm. Ürəyi dözməyib öldü. Onların 40 mərasimindən 1-2 gün sonra mən xəstəxanadan çıxdım. Evdə yataqda yatırdım. Mənə dedilər Şəfagil müalicə almağa gedib İrana. Əmim oğlu gəldi, gülab iyi hiss etdim. Soruşdum haradan gəlirsən? Dedi, ölü yerindən gəlirəm. Şübhələndim. Evdəkilərdən soruşdum ki, mənə deyin, nə olub? Başa düşdüm və başladım ağlamağa”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol