• $
  • €
  • ₽
  • ₺
  • £

Üzeyirlə doğulan musiqinin sonu

Üzeyirlə doğulan musiqinin sonu
19.09.2014 13:13

Bəli, Dahi Üzeyir Hacıbəyovla doğulan Azərbaycan musiqisi özünün “tenor” zirvəsindən, eyni adı daşıyan Üzeyirlə “bas” səviyyəsinə düşdü. Bəlkə də buna səviyyə deməyin özü səviyyəsizlikdi, öldü, məhv oldu.

Ötən gün ANN.Az-ın əməkdaşları şəhərdə sorğu keçirdi. Sorğuda “Üzeyiri tanıyırsınızmı?” sualına şəhər əhalisi cavablandırıb. Gənc bir oğlan cavabında “Bəli, dinləyirəm.” -deyir və sonra başlayır bir-bir “mahnı”ların adlarını sadalamağa. Müxbir ikinci sualı verir. “Bəs Üzeyir Hacıbəyovu?” başqalarının forma xatirinə də olsun bəli cavabını belə vermək istəmir. “Xeyr, tanımıram və qulaq da asmıram”. Yaşlı bir qadın isə o opera yazıb, onun nəyinə qulaq asacam cavabını verir.

Hər şey bir qırağa? əgər bir ölkənin vətəndaşı onun dövlət himnini bəstələyən insanı tanımırsa, bu onun faciəsi deyil, bəs nədir? Məgər insanlarımız Azərbaycan dövlət himninə qulaq asmırlar? 

Orta məktəbdə oxuyanda keçirilən hər tədbirdə bizə ayaqüstə “Koroğlu üverturası”nı dinlədirdilər. Uşaq ağlım və ruhumla bu musiqini dinləyəndə ruhum titrəyirdi, tüklərim biz-biz olurdu. Bu amil mənim istedadımın deyil, çünki mən sıradan bir şagird idim, musiqinin möhtəşəmliyi idi.

Düzdü, bəziləri iddia edə bilər ki, zövqlər fərqlidi. Amma zövq də gərək zövq ola da. Musiqi təhsilim olmasa da bizim bu Mehdizadənin oxuduqlarının zövq anlayışını təhqir etdiyini bilirəm, nə qədər bəsit olduğunu anlayıram. Sözləri isə ayrı bir mövzudu. Bunu tam əminliklə demək olar ki, sadəcə “manqurtluğun fəlsəfi ifadəsi”ndən başqa bir şey deyil. Bəli, manqurt, Ç.Aymatovun məşhur “Əsrə bərabər gün” romanında yaratdığı manqurt obrazı öz keçmişindən sapan, mahiyyətini itirən, varlığı dərk etməyən insanlara aiddir. Əgər bir musiqi və ya hər hansı sənət özünün ən yüksək ifadəsindən bəsit formaya və məzmuna enirsə, özünü tanımayacaq hala gəlirsə, bunun adı sadəcə manqurtluqdur.

Amma buna bəziləri avropalaşma deyirlər, yəni müasirlik. İki il öncə gənc bir alman arxeoloqla görüşmüşdük. Adı İlya idi. Özü Almaniyada doğulub böyüsə də əslən rus idi. Söhbət əsnasında onunla ədəbiyyatdan danışmağa başladıq. Həqiqətən də heyran qaldım. Sahəsi olmasa belə əksər alman yazıçılarını oxumuşdu, tanıyırdı. Eyni zamanda elə rus yazıçısı olmadı ki, onun haqqında danışa bilməsin. Bəli, avropalılıq, müasirlik cırıq şalvar geyinib, sırğa taxmaq deyil. Müasirlik öz keçmişi üzərində özünü çağın prinsiplərinə uyğun daha mükəmməl ifadə edə bilmək bacarığıdır. Biz isə nə yazıq ki, bu mövzuda axsayırıq.

Sovetin bizə srımaq istədiyi “məzmunu olmayan pafoslu forma” anlayışını biz müstəqillik dövründə daha çox mənimsədik. Nəticədə buyurun, baxın məzmunu itən musiqimizə....

Mehman Həsən

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol