• $
  • €
  • ₽
  • ₺
  • £

Mədəniyyət və turizim naziri Əbülfəs Qareyevə açıq məktub

Mədəniyyət və turizim naziri Əbülfəs Qareyevə açıq məktub
15.09.2014 19:10
Cənab nazir, çox fikirləşdim, düşündüm ki, sizə hansı formada müraciət edim?! Nəhayət, qərara gəldim ki, ironiya və kinayədən uzaq şəkildə açıq məktub yazım.  Nəzərinizə çatdırım ki, geridə qoyduğumuz avqust ayında qonşu Gürcüstanın paytaxtı Tiflisdə oldum.  Cənab nazir, Sizi bir məsələdən agah etmək istəyirəm:  Tiflisdə olanda “Botanika bağı” adlanan və şəhərin mərkəzində yerləşən bağa getdik. Hələ Bakıda olarkən bura baş çəkməyi düşünürdüm. Çünki Şərqin böyük mütəfəkkiri, maarifçisi Mirzə Fətəli Axundzadənin məzarını ziyarət etmək çoxdankı arzum idi. Bunu həm də özümüzə mənəvi borc bilirdim.  “Botanika bağı”na girdikdə yoldaşlarıma birlikdə nəzarətçi xanımdan Axundzadənin məzarını soruşduq. Xanım isə  sadəcə, əl işarəsiylə “burdan gedin, ordan gəlin” deməklə yolu göstərdi. Ancaq  o boyda bağda kiçik bir “əl işarəsi” ilə mütəfəkkirin məzarını tapmaq müşkül idi. Qarşımıza çıxan bağbanlardan da Axundzadənin məzarını soruşduq. Onlar da nəzarətçi xanımı təqlid edirmiş kimi  yenə “əl işarələri” ilə istiqamət verdilər. Amma uzun axtarışdan sonra da, təəssüf ki, Axundzadənin məzarını tapa bilmədik. Nəhayət, kor-peşman geri döndük. Bağda olanda diqqətimi bir məqam çəkdi: bəzi yerlərə necə getmək haqda nişanlar vardı. Bəlkə də, bu nişanlardan olsaydı, biz də asanlıqla məzarı tapa bilərdik.  Məncə, bu sizin və rəhbəri olduğunuz nazirlik üçün o qədər də xərc aparan ciddi bir problem deyil. Kiçik bir xərclə bu problemi aradan qaldırmaq olar. Kim bilir, bəlkə də, bizim kimi yüzlərlə gənc bura gəlib, amma elə bizim kimi də pərişan halda geri dönüblər. İndi deyə bilərsiniz o bağa nişan yerləşdirmək bizim səlahiyyətimiz çərçivəsində deyil, ora başqa ölkədir. Amma danışıqlar aparsanız, bu ölkənin mədəniyyət nazirinə sizin adınızdan bir məktbu getsə, inanın, bu problem həllini tapacaq. Bizim ölkəyə baxmayın, gürcülər ölkələrinə turistlərin gəlməsi üçün hər şey edərlər. Axundzadə kimi bir şəxsiyyətə diqqətə və sayğıya gəlincə, Şərqin böyük mütəfəkkiri, maarifçisi üçün bu kiçik addımı atmağınız həm də tarix qarşısında bir borcdur. Bu həm də ölkə olaraq, görəcəyimiz üçün görülən böyük işlərdən sayılacaq.  Cənab nazir, ümid edirəm ki, müraciətimi səmimi qəbul edəcək və qısa müddət ərzində bu problemi aradan qaldıracaqsınız! Elkin Xəlilov Kultura.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol