• $
  • €
  • ₽
  • ₺
  • £

“CinemaPlus”da “Yaraşıqlı, pis, əclaf” filminin nümayişi keçirilib

“CinemaPlus”da “Yaraşıqlı, pis, əclaf” filminin  nümayişi keçirilib
29.05.2020 04:32
"Gənclik Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında "Cinemazadeh” studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə "Yaraşıqlı, pis, əclaf” filminin öz dilimizdə nümayişi keçirilib.
 
Film real hadisələr əsasında çəkilib və ən qəddar qatillərin birindən bəhs edir.
 
Tədbirin təşkilində dəstək olmuşdular: "Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution və "Keyf-i Dem” restoranı.
 
Filmi səsləndiriblər Əlixan Rəcəbov, Günel Məmmədova, Emin Nəsirli, Azadə Abbasova, Təranə Ocaqverdiyeva, Vüsal Həci-Qədir, Rəhim Rəhimov, Aysun Ələskərova, Samir Ələskərov, Vügar Hüseynov, Ofeliya Novruzqızı, Erkin Ergin, Ərtoğrul Kamalov, Aytac Vəlibəyli, Pərviz Bağırov, Azər Abdullayev və Gülnarə Zulalova.
 
Dublyajın rejissoru Samir Ələskərov, baş redaktoru Vüqar Hüseynov, tərcümə və redaktoru Vüsal Əhmədzadə, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə,  icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.
 
Filmin rejissoru Co Berlinger.
 
Baş rollarda Zak Efron, Lili Kolinz və Con Malkoviç.
 
Film haqqında qısa məlumat: Ted Bandi, yaraşıqlı və xarizmatikdir, onu görən qızlar lap özlərini itirirlər. Əsl məhəbbət arzusunda olan Elizabet də onlardan biridir, o, ilk baxışdan Tedə vurulur. Xoşbəxtliyin zirvəsində olduğunu zənn edən vaxt Ted həbs olunur – onu, qadınları xüsusi amansızlıqla öldürməkdə ittiham edirlər. Zərif, ağıllı və mədəni bir oğlan – qəddar manyak ola bilərmi? Sevimli və əziz Ted… Kimdir o? Yaraşıqlı kişi, sevimli ata, yoxsa Amerika tarixinin ən qəddar cinayətkarı?
 
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol