• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Teatr Festivalı başladı

Azərbaycanda Teatr Festivalı başladı
12.09.2014 13:59
Sentyabrın 10-da Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi I Şəki Beynəlxalq Teatr Festivalına start verildi.ANN.Az xəbər verir ki,  «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına əsasən keçirilən festivalda respublikamızın 12 sənət ocağı, habelə Kalmıkiya Milli Dram Teatrı (Rusiya) və Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı iştirak edir.Rəsmi açılış mərasimindən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara festivalın ilk tamaşasını - İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" əsəri əsasında hazırlanan tamaşanı təqdim etdilər. Görkəmli dramaturqun 100 illiyinə həsr olunan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Söhrab Ərəbovdur. Rolları Rəhim Qocayev, Çinarə Səmədova, Səlim Babayev, Xanlar Həşimzadə, əməkdar artistlər Əbülfət Salahov, İqrar Salamov və başqaları ifa etdilər.Tamaşanın sonunda teatrın yaradıcı kollektivinə Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyələr təqdim olundu.Sentyabrın 11-də, festivalın ikinci günündə Kalmıkiya Milli Dram Teatrı Boris Manciyevin «Mən aktrisayam» tamaşasını sənətsevərlərə təqdim etdi. Festival sentyabrın 19-dək davam edəcək. Tamaşalar Şəki Dövlət Dram Teatrında və şəhərdəki amfiteatrda nümayiş olunur.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol