• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan kitabları Beynəlxalq Kitab Sərgisində

Azərbaycan kitabları Beynəlxalq Kitab Sərgisində
11.09.2014 10:03
Azərbaycan nümayəndə heyətinin 3-7 sentyabr tarixində Rusiyanın ən böyük kitab forumu hesab olunan 27-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakı başa çatıb. ANN.Az xəbər verir ki, sərgi müddətində stendimizdə Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və ölkə nəşriyyatları tərəfindən dövlətçiliyə, tarixə, zəngin mədəniyyət və incəsənətimizə dair müxtəlif dillərdə (Azərbaycan, rus, ingilis) nəşr edilən nəfis tərtibatlı çap məhsulları - təqribən 300 adda 500 nüsxədən çox kitab və reklam nəşrləri nümayiş etdirilmişdir. Milli nəşrlər ziyarətçilərdə böyük maraq doğurmuşdur. Maraqlananlara ölkəmizin mədəniyyəti, tarixi, turizm potensialı, eləcə də "Bakı-2015" Birinci Avropa Oyunları haqqında ətraflı məlumat verilib.Sentyabrın 5-də sərgi çərçivəsində MDB ölkələrinin XI Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Belə ki, müsabiqənin doqquz nominasiyasından üçündə kitablarımız I yerə ( Nigar Rəfibəyli "Məhəbbətim bölünmədi", Rəna Əfəndizadə "Rəhim Seyfullayev - memar", Tahir Salahov "Qrafika" və "Rəngkarlıq" ikicildliyi), II yerə (A.N.Karlyukeviç "Dələ inşa yazır", Neymət Kelimbetov "Ümidimi itirmək istəmədim"), bir kitab isə III yerə layiq görülüb (A.Quliyev, Q.Cəbiyev, F.Xəlilli "Muradxan xəzinəsi"). Xalq yazıçısı Elçinin həyat və yaradıcılıq yolunu əks etdirən "Nədir ömrün mənası" kitabı "Qran-Pri" nominasiyası üzrə, Xalq rəssamı Səlhab Məmmədovun "Albom"u isə "Mənim ölkəm" nominasiyasında xüsusi mükafatlara layiq görülmüşdür. Ölkəmiz adından diplomları Əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu qəbul edib. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol