• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur aktyorun profilini ələ keçirib Türkiyəyə dəstək paylaşımı yaydılar – Foto

Məşhur aktyorun profilini ələ keçirib Türkiyəyə dəstək paylaşımı yaydılar – Foto
29.05.2020 04:33
Populyar Hindistan aktyoru Amitabh Baççanın Tvitter hesabını ələ keçirən haker qrupu İslandiyada Türkiyə milli komandasına qarşı tərbiyəsiz davranışı lənətləyən paylaşım yerləçdirib.
Paylaşımdan məlum olur ki, profili "Ayyıldız Tim” adlanan haker qrupu ələ keçirib. Paylaşımda "düşmən”lərə hədələr də yer alıb: "Biz yumşaq danışırıq, amma böyük dəyənək siyasəti yürüdürük”.
Bizimyol.info xəbər verir ki, hakerlər həmçinin Amitabh Baççanın profil təsvirinə də "düzəliş” ediblər: "Aktyor… Hər halda bəziləri  hələ də belə deyirlər”. Ardınca isə Hindistan-Pakistan ziddiyyətlərində ikinciyə dəstək ifadə olunub: "Pakistanı sevirik”. Həmçinin profil şəkli olaraq Pakistanın baş naziri İmran Xanın şəklini yerləşdiriblər.
 
 
Amitabh Baççanın ələ keçirilmiş Tvitter hesabında İslandiyanı lənətləyən paylaşım
 
Qeyd edək ki, profilin 37 milyon 400 min izləyicisi var.
Xatırladaq ki, İslandiyada hava limanında Türkiyə milli futbol komandasının üzvlərini 3 saat ərzində təkrar yoxlamalarla ləngidiblər, həmçinin yerli jurnalistlərdən biri Emre Belezoğluna mikrofon əvəzinə ayaqyolunu təmizləməmk üçün istifadə olunan fırça uzadıb. Türkiyə hökuməti rəsmən İslandiyaya etiraz notası ünvanlayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol