• $
  • €
  • ₽
  • ₺
  • £

V Türkvision başlayır

V Türkvision başlayır
06.09.2014 19:50
Türkiyədə keçiriləcək Beynəlxalq Türk Dilli Şözlü Musiqi Festivalının proqramıBeşinci dəfə keçirilən Türkvision başlayır. ANS PRESS-in TRT Bakı təmsilçiliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin Dənizli şəhərində keçiriləcək Beynəlxalq Türk Dilli Şözlü Musiqi Festivalında 22 ölkə iştirak edəcək. Türk dünyasından gələn 22 ölkənin məşhur sənətçiləri öz ölkələrində hitə çevrilmiş mahnılarını bu dəfə türk dilində səsləndirəcəklər. Dənizli Böyükşəhər Bələdiyyəsi, Dənizli Valiliyi və TRT-nin birgə təşkil etdiyi festival 10, 11 və 12 Sentyabr tarixində şəhər konsertləri ilə başlayır. Festivalın Gala gecəsi isə 13 Sentyabrda TRT Müzik kanalında canlı yayımlanacaq. 10 sentyabrda isə TRT Müzik kanalında efirə gedən "Egeden Ezgiler" proqramı Dənizli Delikliçınar Meydanından canlı yayım həyata keçirəcək. Sentyabırın 11-də Açıq Hava Teatrında çıxış edəcək 11 ölkə sənətçisinə İzmir və Ankara radiosu sənətçilərindən Əli Çakar və Zeynəb Cihan müşayət edəcək. Burada qonaq ölkələr öz dillərində mahnılar ifa edəcəklər. 12 sentyabır tarixində İncilipınar Meydanından keçiriləcək konsertdə isə İzmir və Ankara radiosu sənətçilərindən Makbule Kaya və Şehmus Esenkuş iştirakçılarla eyni səhnəni paylaşacaq. Eyni zamanda proqramlarda TRT Xalq Rəqsləri qrupu və Dənizli Xalq Rəqsləri qrupu da iştirak edəcək. 13 sentyabr tarixində 22 ölkə sənətçisi Pamukkale Antik Teatrında türk dilində mahnılar ifa edəcəklər. Gecənin finalında isə Rafet El Roman və Ezo canlı performansla izləyənlərə xoş anlar bəxş edəcək. Gala gecəsi TRT Musiqi kanalında canlı olaraq yayımlanacaq.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol