• $
  • €
  • ₽
  • ₺
  • £

1937.az saytı bağlandı

1937.az saytı bağlandı
05.09.2014 13:02
“Gündəlik Teleqraf” Media Holdinqinin tərkibində olan 1937.az saytı bu adla fəaliyyətinə xitam verdi. Mədəniyyət portalı bundan sonra Kult.az domeni ilə fəaliyyət göstərəcək.

 Holdinqin rəhbəri Aynur Camalqızının Axar.az-a verdiyi məlumata görə, dəyişikliyin səbəbi sayt adında rəqəmin özünü doğrultmamasıdır: “Sayt adı üçün yığcamlıq naminə “1937” rəqəmindən istifadə etdik. Ancaq təəssüf ki, bu ad oxucularda yanlış olaraq yalnız repressiyaya uğrayan yazarlarımıza həsr edilən bir sayt qənaətini yaratdı. Başqa sözlə desək, əvvəlcədən nəzərdə tutduğumuz mədəniyyət-ədəbiyyat portalı təsəvvürünü bu adla oxucu qəbul etmədi – baxmayaraq ki, Salam Sarvan kimi tanınmış ədəbiyyat adamının rəhbərliyi ilə peşəkar kollektiv bu aylar ərzində öz sözünü dedi və saytdan umduqlarımız doğruldu. Ədəbi aləmdə məşhur olan “Kult.az” domenini bu kollektivə hədiyyə etməklə əslində portal əməkdaşlarının işinə dəstək verdiyimiz gümanındayıq. Bu ad onların fəaliyyətini, saytın ədəbi-mədəni istiqamətini özündə daha dolğun əks etdirir”. A.Camalqızı “Kult.az” domeninin alınmasında portal əməkdaşlarının təklifinin də önəmli rol oynadığını bildirdi: “Əlbəttə ki, holdinqin mədəniyyət portalının rəhbərinin təklifi bu məqamda nəzərə alınmaya bilməz”. Qeyd edək ki, artıq bu dəqiqələrdən 1937.az mədəniyyət portalı Kult.az domeninə keçib.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol