• $
  • €
  • ₽
  • ₺
  • £

Yazıçılar arasında ev davası düşdü - ölümlə hədələmə

Yazıçılar arasında ev davası düşdü - ölümlə hədələmə
02.09.2014 15:01
Azərbaycan Yazıçılar Birliyinin sədr müşaviri, Mənzil Komitəsinin sədri Rauf Aslanov qurumun üzvü Ramiq Muxtarı məhkəməyə verib.Rauf Aslanovun 1937.az-a verdiyi məlumata görə, o, Ramiq Muxtarın apardığı şər-böhtan kampaniyasının qarşısını almaq üçün bu addımı atıb: “Ramiq Muxtar “Mizrab” adlı jurnal buraxıb və birinci sayını mənimlə Anar müəllimə həsr edib. Biz bu günə qədər dözürdük. Anar müəllim də səbirli adamdır. Deyirdi ki, gözləyək, özü səhvini başa düşər. Ancaq  jurnalı görəndən sonra məcbur olub, məhkəməyə müraciət etdim. Bununla yanaşı, Mətbuat Şurasına etirazımı bildirdim. Şuranın iclasında Ramiq Muxtara xəbərdarlıq etdilər. Qanuna görə, birinci dəfə xəbərdarlıq edilməlidir. Bir daha bu hal təkrarlansa, onda jurnal qara siyahıya salınacaq.Mən şərəf və ləyaqətimi alçaltdığı və məni bir milyon manat məbləğində pul mənimsəməkdə ittiham etdiyi üçün iki ayrı iş qaldırmışam. Necə ola bilər ki, mənzillərin ümumi dəyəri 800 min manat olduğu halda, mən bir milyon pul götürüm. Belə çıxır ki, bütün mənzil satanlar  satışdan götürdükləri pulun üstünə də əlavə pul qoyub mənə veriblər? Bu, çox gülüncdür.Sonra iddia edir ki, Rauf evləri satıb. Birincisi mənim evləri satmağa ixtiyarım yoxdur. Satış prosesinin mərhələli şəkildə mətbuatda işıqlandırmışıq. Evlərin sahibləri  öz razılıqları əsasında evləri tapdıqları müştərilərə satıblar. Mənim burada heç bir iştirakım olmayıb.Ramiq Muxtar Prokurorluğa da, Cənab Ramiz Mehdiyevə, Cənab Prezidentimiz İlham Əliyevə də bu məsələ ilə bağlı müraciət edib. Prokurorluq orqanları Mənzil Komissiyasının və Yazıçılar Birliyinin işini araşdırdı. Onlar cinayət xarakterli heç nə tapmadıqları üçün bu işə xitam verdilər.İndi də İcra Hakimiyyətinin mənzil növbəsini pozduğumuz iddiası ilə İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmədən xahiş edir ki, onun guya pozulmuş mənzil haqqını bərpa etsin. Axı biz bütün mənzil alanların da, onların neçənci ildən qurumun üzvlüyünə və mənzil növbəsinə yazılması barəsində məlumatları sizin vasitənizlə mətbuatda yaymışıq. Yəni Ramiq Muxtar məhkəməyə müraciət etməkdənsə, bizə deyərdi, biz bütün sənədlərlə onu tanış edərdik.Ramiq Muxtar o vaxt deyirdi ki, ancaq yazıçılara ev vermək lazımdır. Bu isə mümkün deyil. Axı mənzil növbəsində sürücünün də, mühasibatda işləyən adamın da adı var. Bunlar evlərini haradan almalıdırlar? Yazıçılar Birliyində işləyirlərsə, bu qurum da onlara ev verməlidir.R.Muxtar deyirdi ki, hərəyə bir mənzil versinlər. Bu da mümkün deyildi. Çünki bizə ayrılmış doqquz  mənzil var idi. Bu da növbəyə duranlar arasında bölüşdürüldü. Hətta tutaq ki, hərəyə bir mənzil verməli olsa idik belə, Ramiq Muxtar mənzil almayacaqdı. Çünki Ramiq Muxtar ev növbəsində 12-ci yerdədir. Hərəyə bir mənzil veriləndə də, növbədə olan ilk 9 nəfər ev almış olur. İndi başa düşə bilmirəm ki, bu adam bizdən nə istəyir.O deyib ki, əgər mən evimi almasam, birinci Anar müəllimi, sonra Fikrət Qocanı və Raufu güllələyəcəyəm. Mən də bu məsələ ilə bağlı polisə müraciət edəcəyəm ki, bu işi nəzarətə götürsünlər.

İndi məhkəmənin birinci prosesi baş tutub. İşlərimizlə tanış olublar. Sentyabrın 9-da da məhkəməmiz var. Mən Ramiq Muxtardan tələb edirəm ki, bütün iddialarını məhkəmədə sübut etsin.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol