• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan beynəlxalq kitab yarmarkasına qatılacaq

Azərbaycan beynəlxalq kitab yarmarkasına qatılacaq
02.09.2014 13:21

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz 3-7 sentyabr 2014-cü il tarixində XXVII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq.

ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1987-ci ildən etibarən hər il keçirilən Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası dünyanın nüfuzlu sərgilərindən biri hesab olunur. Hər il sərgidə çox sayda yerli və xarici nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatlar təmsil olunur. Moskva sərgisində iştirak milli mədəniyyətimizin, sürətlə inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərinin və əldə olunan uğurların dünyaya çatdırılması üçün mühüm vasitədir.Milli stendə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı reklam vasitələri yerləşdiriləcək, maraqlananlara ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılacaq.Sərgi çərçivəsində X Beynəlxalq “Kitab Sənəti” müsabiqəsində qalib gəlmiş kitabların mükafatlandırma mərasimi keçiriləcək.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol