• $
  • €
  • ₽
  • ₺
  • £

Məhəbbət seriallarına aldanıb evdən Qaçan qızlar

Məhəbbət seriallarına aldanıb evdən Qaçan qızlar
28.08.2014 11:20

“Onlar düşünürlər ki, kənarda onları sərbəst həyat gözləyir”.

Bakının Sabunçu rayonunda 14 yaşlı qız itkin düşüb.

Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki,bu barədə Sabunçu rayon 15-ci Polis bölməsində bildiriblər.

Əldə olunan məlumata görə 2000-ci il təvəllüdlü Ömərova Elmira İqor qızı, avqust ayının 24-də 15.30 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb. O zamandan bəri qızın harda olması barədə heç bir məlumat yoxdur.

İstintaq zamanı məlum olub ki, Elmira evdən atası ilə dalaşdıqdan sonra gedib. Qız əvəllərdə evdən qaçıb, amma polis onu taparaq geri qaytarıb.

Avqust ayının 25-də saat 11.00-da Suraxanı rayonunda Bülbülə qəsəbəsinin sakini  1998-ci il təvəllüdlü Əliyeva Arzu Muxtar qızı evdən qaçıb.

Xəzər rayonunda 2-ci Polis bölməsinin əməkdaşları artıq bir həftədir ki, Binə qəsəbəsinin “Südçülük” sovxozunun  sakini, 1997-ci il təvəllüdlü Quliyevə Həliməxatun Həsənağa qızını axtarır. O, avqust ayının 22-də saat 04.00 radələrində hamının yatdığı zaman evdən qaçıb.

Xəzər rayonunda daha bir qız itkin düşüb. Avqust ayının 17-də, saat 23.30 radələrində 1989-cu il təvəllüdlü Hüseynova Xədicə Valeh qızı, Binə qəsəbəsində işlədiyi kafedən çıxdıqdan sonra itkin düşüb.

Yuxarıda adıçəkilən qızlardan heç biri tapılmayıb.

Polisdə qeyd edildiyi kimi qızların itkin düşməsində əsasən iki səbəb müəyyən edilir: valideynləri ilə keçinə bilməmələri və uğursuz məhəbbət üzündən.

“Bundan başqa məhəbbət seriallarına baxaraq düşünürlər ki, evdən kənarda onları tam sərbəst həyat gözləyir. Amma müəyyən problemlərlə və ya zorakılıqla rastlaşanda bu fikrin yalnış olduğunu anlayıb evə geri qayıdırlar”, - polis bölməsində bildiriblər.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol