• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur müğənni Bakıda erməni dilində mahnı oxudu — VİDEO

Məşhur müğənni Bakıda erməni dilində mahnı oxudu — VİDEO
02.09.2019 15:10
Rusiyanın məşhur müğənnisi Lyubov Uspenskayanın Azərbaycanda səfərdə olarkən erməni dilində mahnı oxuması qalmaqala səbəb olub.

Anews.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda Uspenskayanın piano arxasında erməni mahnı ifa etməsi, daha sonra isə sözügedən dildə Bakıda da mahnı ifa etdiyini etiraf etməsi əks olunub.

"Qarabağ müharibəsinin ən qızğın vaxtı idi, Bakıya qastrol səfərinə getmişdim. Konsertdən sonra azərbaycanlılar məni nahar yeməyi üçün Bakının məşhur restoranlarından birinə apardılar. Biz orada o qədər spirtli içki qəbul etdik ki, "lül-qəmbər" olduq. Birdən qonaqlar dedilər ki, Lyuba, dur, bir mahnı ifa et. O qədər içmişdim, ağlımdan tamamilə çıxmışdı ki, haradayam. Başladım erməni dilində mahnı ifa etməyə. Musiqiçilər məni bir neçə dəqiqə müşayiət etdikdən sonra yerlərindən durub, çıxıb getdilər". 

Daha sonra L.Uspenskaya həmin mahnını ifa etmək üçün yenidən piano arxasına əyləşib. 

Sözügedən görüntülər sosial şəbəkə istifadəçilərinin, Azərbaycanın tanınmış şəxslərinin etirazına səbəb olub. Müğənni Eldar Qasımov, aparıcı Nərgiz Cəlilova və Xalq artisti Flora Kərimova onun addımı tənqid ediblər. Azərbaycanlılar L.Uspenskayanın Azərbaycana gəlib, burada oxuyub, pul qazanıb və daha sonra bu cür addım atmasının yolverilməz olduğunu dilə gətiriblər.(oxu.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol