• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyeva: " Cəzamı mən verəcəm..."

Leyla Əliyeva: " Cəzamı mən verəcəm..."
26.08.2014 11:22

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Cəzamı mən verəcəm” adlı şeiri oxucuların ixtiyarına veririk. 

(Я накажу себя за то)

Özümü tənbeh edib,

Cəzamı mən verəcəm.

Bilirsiz nəyə görə?

Pis apardım özümü

Ötən günkü məclisdə.

İncitdim insanları

Qəlb sındıran sözlərlə. 

Süzüldü al şərablar,

Cingildədi badələr...

İstəyirdim vicdan da,

Sərxoş olub tezcənə, 

Çabalasın qədəhdə.

Cəzamı mən verəcəm,

O şaqraq, qəhqəhəli

Gülüşlərimə görə...

Həqiqət belə olsa,

yersiz sözlərə görə...

Bir də, bunlardan başqa, 

Dünyalara səs salan, 

Gözəlliyimə görə...

Hərdən hey istəyirəm,

görünüm özüm kimi,

Əslindəsə necəyəm? –

Bunu bilmirəm düzü...

İblis başımın üstə,

Ruhuma diqtə edir.

Mələklərin səpdiyi,

Xeyirxahlıq... bezdirir.

Ətrafımda kədərli, 

yazıq üzlər nə qədər

Məni  ac baxışlarla,

diri-diri yeyirlər...

Mənimsə bir dostum var,

O da elə özüməm...

Pis  gündə, yaxşı gündə,

Özüm öz həmdəmiməm...

O ağrılar ki, mənə,

Qaranlıqda, zülmətdə

Mənəvi əzab verir – 

Yolunu dəyişəcəm;

Cismimi məhv edəcək,

Ağrıya döndərəcəm.

...Günəşin arzusu nə? –

Buz dağını əritmək..!

Olmayan heç nəyini 

İtirmək istəməmək..!

Qoy lap ağlasın hamı,

Qəmə, qüssəyə batsın,

Mənsə ağlamayacam.

Gözüm quru qalacaq... –

Soğulmuş bulaq kimi...

Ürəyimi partladan

Dəhşətli ağrıları

Gülüşüm gizlədəcək.

Ruhum qumlu səhranın

Sükutuna enəcək...

Özümə divan tutub,

Hökm oxuyacağam.

Qara sevda əlindən 

...cuşa gəlib, coşacam...

deyəcəm son sözümü:

“Söz verirəm, bir də mən,

İztirab çəkməyəcəm,

Özgə dərd-ağrıları,

Duyub, əlac olmağı

Bəxtiyarlıq sanacam”.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol