• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni nəsil Azərbaycan rəssamları - FOTOLAR

Yeni nəsil Azərbaycan rəssamları - FOTOLAR
25.08.2014 16:42
Lyubov QasımovaAzərbaycanın gənc və istedadlı rəssamları - köhnə rəssamlıq ənənələrimizin davamıdır.Biz hamımız dünya miqyaslı Azərbaycan rəssamlarımızı tanıyırıq və onlarla fəxr edirik. Bu siyahıda - Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Nazim Məmmədov, Tahir Salahov, Arif Hüseynov, Səkinə Məmmədova, Çingiz Əzizov, Salhab Məmmədov, Ömər Eldarov, Əşrəf Qeybət, Səhhət Veysov və bir çoxları var.Amma bizdə yeni, həm də istedadlı rəssamlar və heykəltəraşlar dəstəsi yetişir, onları təsdiq edən isə əl işləridir. Kiminsə şəxsi sərgisi keçirilir, kimsə yalnız təcrübə qazanmaq üçün yığmalarda iştirak edir. Onların işləri peşəkardır və çox gözəldir, bu haqda sərgilərin ziyarətçiləri danışırlar. Bir çox rəssamların və heykəltəraşların artıq sadiq pərəstişkarları var. Bizim korifey rəssamlarımız da həmçinin onların istedadını təsdiqləyirlər və buna görə də onların yaradıcılıq yolundakı irəliləyişlərinə hər cür imkan yaradırlar.İstedadlı və perspektivli rəssam kimi xüsusən Günel Ravilovanı qeyd etmək istərdim. O, artıq Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, xəyalında canlandırdığı bir çox gözəl rəsmlərin müəllifidir. Hər şəkildə o, nəsə bir yenilik edir. Günelin bütün rəsmləri onun daxili duyğuları, yuxuları və həyatının müxtəlif anlarıyla əlaqəlidir.Vüqar Əli öz istedadı və maraqlı rəsmləri ilə çoxdan incəsənət həvəskarları arasında məşhurdur. O, daim yaradıcılıq prosesində olan bir insandır. Onun rəsmlərində əks olunan zərif qadınlar, koloritli Azərbaycan kişiləri, milli ornamentlər, müdriklik quşları, Buzovna qəsəbəsinin küçələri yerli rəsm həvəskarlarında heyran doğurur. Pərəstişkarları onun rəsmlərini alırlar, bu rəsmləri sərgilərdə və feysbuk səhifələrində görmək mümkündür.Anar Hüseynzadə - Rəssamlar İttifaqının üzvüdür, o, həm Azərbaycanda, həm də ölkə xaricində bir çox sərgilərdə iştirak edib. Bu il Muzey mərkəzinin sərgi salonunda isə onun şəxsi sərgisi keçirilib. Bu sərgi genişmiqyaslı idi, onun əl işlərini hətta 5 zalda yerləşdiriblər. Burada Abşeron, abstraksiya, şamanlığın ruhu, həyat fəlsəfəsi barədə əl işləri var. Gənc rəssamın nəhəng işi nümayiş etdirilib. Ziyarətçilər üstünlüyü Anar Hüseynzadənin rəsmlərinə veriblər.Bu istedadlı rəssamlar Azərbaycan rəssamlıq ənənələrinin davamçılarıdırlar. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol