• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya çempionuna ərə gedən müğənnimiz boşandı - FOTOLAR

Dünya çempionuna ərə gedən müğənnimiz boşandı - FOTOLAR
06.09.2019 23:49
Azərbaycanlı müğənni Dəniz Firudinli 2-ci həyat yoldaşı, dünya çempionu Samir Kazımovdan ayrılıb.


Lent.az xəbər verir ki, hər iki tərəf sosial şəbəkədə birlikdə olduqları şəkilləri siliblər. Cütlük boşanmalarını mediadan gizli saxlamaq istəsə də, onların bu istəkləri baş tutmayıb.


Məsələ ilə bağlı müğənni ilə əlaqə saxladıq. O, boşanma xəbərini təkzib etdi:


"Yox, boşanmamışıq. Bunu kim çıxarıb? Mənim daşım ağırdır, düşüb bəzilərinin başına. Həyat yoldaşım dindardır, namaz qılır. Bir-birimizdən xahiş etdik ki, şəkillərimizi silək. İnsan insanı sosial şəbəkədə izləməyəndə boşanır? Hər şey kağız üzərində qurulsaydı, nə var idi ki...”


İfaçı ilə evli olmuş S.Kazımov isə sosial şəbəkədə ayrılıqdan xəbər verən status yazıb: "Yarınızı düzgün seçin. Hər kəsin ki, yarı yanında olar, qəm dünyasından daim uzaq olar”.


Xatırladaq ki, cütlüyün toyu 2017-ci il martın 23-də paytaxt restoranlarının birində olmuşdu. Samir Kazımov kiqboksinq idman növü üzrə dəfələrlə dünya çempionu olub və bu idman növünün K-1 versiyası üzrə Avropa çempionudur.


Qeyd edək ki, Dənizin hər iki evliliyindən bir övladı var.






























www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol