• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da azərbaycanlı "terrorçu" - VİDEO

ABŞ-da azərbaycanlı "terrorçu" - VİDEO
23.08.2014 19:12
ABŞ-ın “Lifetime” kabel televiziya kanalında yayımlanan “Loterya” serialında qatil-terrorçu obrazı azərbaycanlı kimi təqdim olunub.

AzVision.az xəbər verir ki, “Lotereya” (The Lottery) serialı bir ay əvvəl “Lifetime” kabel kanalında yayımlanmağa başlayıb. Postapokaliptik fantastika janrında olan filmin süjetinə görə, gələcəkdə qadınlar doğmaq qabiliyyətini itirirlər. 100 embrion süni şəkildə mayalanandan sonra, onları bətnində daşımaq üçün 100 qadın lotereya yolu ilə seçilir. Şounun birinci sezonun dördüncü bölümünün əvvəllərində həmin proqrama rəhbərlik edən qadın alimi öldürməyə çalışan terrorçunun milliyyətinin azərbaycanlı olduğu bildirilir. Qeyd edək ki, filmdə qadını qoruyan FBI əməkdaşları “azərbaycanlı” terrorçunu yerindəcə güllələyirlər. Serialın yaradıcısı və ssenari müəllifi Timoti C. Sekston, prodüser və rejissor isə Deni Kennondur. Baş rolda Marli Şelton oynayan filmi “Warner Horizon Television” studiyası istehsal edib. Sirr deyil ki, Hollivud filmlərində məhz kimlərin terrorçu kimi göstərilməsi heç vaxt təsadüfi seçilməyib. Məsələn, “soyuq savaş” dövründə terrorçular əsasən ruslar olurdular. Sonradan bu yeri şimali koreyalılar, çinlilər, daha sonra ərəblər tutmağa başladı. Və bu seçim əslində ictimai fikrə təsir göstərməyin bir metodudur. İndi azərbaycanlının terrorçu kimi göstərilməsi nə məqsəd daşıyır? Hardan hara? Nəyə görə? Məgər dünyada "azərbaycanlı terrorçu" faktoru var? 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol