• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisinə yüksək vəzifə verildi - FOTO

Xalq artisinə yüksək vəzifə verildi - FOTO
13.09.2019 15:02
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub. 
İdarədən Anews.az-a verilən məlumata görə, məktəbin direktor vəzifəsinə opera müğənnisi, Xalq artisti Fidan Hacı Ağa qızı Hacıyeva təyin edilib.

Qeyd edək ki, Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub. 1996-cı ildən  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəsində qalib olub. 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb və 2006, 2007, 2008-ci illərdə  Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif edilib.
2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar  vokal ifaçılarının müsabiqəsi”nin qalibi olub.  2015-ci ildə  Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Xalq artisti” adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb. 
Fidan Hacıyeva Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk "Karmen” ifaçısı Fatma Muxtarovadan sonra ikinci Azərbaycan opera səhnəsinin "Karmen”i adlandırılır.(oxu az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol