• $
  • €
  • ₽
  • ₺
  • £

Bill Clinton-un sevimli romanları - SİYAHI

Bill Clinton-un sevimli romanları - SİYAHI
21.08.2014 22:55
ABŞ-ın sabiq prezidenti Bill Clinton kitab həvəskarıdır.
Onun sevimli kitabları arasında siyasətə, fəlsəfəyə aid kitablarla yanaşı romanlar da var:
Thomas Wolfe. "Bir də evə gedə bilməzsən"
Amerika yazıçısı Thomas Wolfe-un bu romanı ölümündən sonra - 1940-cı ildə nəşr edilib:
Gənc yazar George Webber doğulduğu şəhər haqda bir roman yazır. Qalmaqal yaranır, heç kəs, hətta uşaqlıq dostları da onu anlamır.
İş o yerə çatır ki, onu ölümlə də hədələyirlər. Amerikada özünü yalqız hiss edən yazıçı Avropaya üz tutur. 
Burda da onu ixtilaflar, nifrət, faşizmin sürətlə yayılması gerçəkliyi "gözləyir"...
 
William Styron "Nat Törnerin etirafı"
Nat Turner tarixi şəxsiyyətdir. 1831-ci ildə Virginia-da qulların üsyanına başçılıq edib. amma üsyan yatırılıb, özü də həbs edilib. Yazıçı onu öz romanının qəhrəmanı edib. Anası ağdərili sahibləri tərəfindən zorlanan, özü ilə daim "heyvan kimi" davranılmış Nat ağlara nifrət edir, hətta bu nifrət ağ irqi məhv etmək istəyi dərəcəsinə çatır...
 
Gabriel Garcia Marquez "Yüz ilin tənhalığı".
Nobel mükafatlı Kolumbiya yazıçısının “Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yük­sə­lişi, qürubu və məhvi əks olunur. Bu nəslin xarakterik cəhəti onun hər bir nümayəndəsinin taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıqdır. Ailə üzvlərinin bir-birindən aralı düş­­məsi, onların bir-birini anlaya bilməmələri... Buendiya ailəsinin yaşadığı Makondo kəndi də dünyadan təcrid olunmuş bir yerdir...
 
Ralph Ellison "Gözəgörünməz adam" (1952)
Roman 20-ci əsrin ilk yarısında Amerikada qaradərililərin irqçilikdən olmazın əziyyətlər çəkməsindən bəhs edir. Onlar üçün cəmiyyətdə mövqe tutmaq yalnız ağ adamların "sayəsində" mümkündür. Gərək onların mənafeyinə xidmət edə, öz irqindən olanlara qarşı çıxasan. Özü də qaradərili olan yazıçı bu romanı bir qaradərili gəncin dilindən yazır. Həmin gənc özünə ona görə "gözəgörünməz" deyir ki, yaşadığı cəmiyyət onu görmək, tanımaq istəmir. 
Azadliq.org
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol