• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı bloger boşanmış arvadını öldürdü – VİDEO

Azərbaycanlı bloger boşanmış arvadını öldürdü – VİDEO
29.05.2020 09:30
Son zamanlar Azərbaycanda sanki qadınlara qarşı soyqırıma start verilib. Xüsusilə də son günlərdə qadınlara qarşı vəhşicəsinə törədilən cinayətlərin və zorakılıqların sayı artıb. Bu hadisələrin bir çoxu ər tərəfindən törədilsə də, bəzi hadisələr qayınata, qayınana və yaxın qohumların iştirakı ilə baş verir.

Müxtəlif təşkilatlar, dövlət qurumları tərəfindən maarifləndirmə layihələri həyata keçirilsə də qadınlara qarşı zorakılıq halları, xüsusən də amansızlıqla törədilən cinayətlərə mətbuatda hər gün rast gəlirik.

Zərif və zəif cinsin qurban olduğu bu amansız cinayətlər ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.  Sosial mediada #QadınaŞiddətəSon həştəqi ilə birləşən insanlar öz etirazlarını ifadə ediblər. Ziyalı təbəqə cinayətlərin qarşısının alınması üçün maarifləndirməyə ehtiyac olduğunu, problemlərin həllinin zorakılıqla mümkün olmadığını qeyd ediblər. Bundan başqa, hüquq müdafiə təşkilatlarına da insanlara hüquqi dəstək vermələri üçün çağırışlar edilib.

"Videozavr prodakşn” məsələnin ciddiliyini nəzərə alıb Azərbaycanda qadınlara qarşı aqresiyanı, seksual təcavüzü, şiddət və zorakılığı əks etdirən qısametrajlı film çəkməyə qərar verib.

"Maska 3” adlanan filmdə rolları Kənan Yusifov, İlkin Zülfü, Süleyman Süleymanzadə, Taleh Yüzbəyov, Sabir Samiroğlu, Sənurə Cəfərova, Kəmalə Mehdiyeva, Sevinc Bəxtiyar, Röya Nəbiyeva, Ayşən Süleymanova, Fuad İsgəndərov, Vüqar İbrahimli canlandırıb.


20 dəqiqəlik ekran işində Azərbaycan cəmiyyətində boşanmış qadına olan qeyri-adekvat münasibət çılpaqlığı ilə tamaşaçıya çatdırılır. Əminliklə deyə bilərik ki, Azərbaycanda hələ belə bir film çəkilməyib.

Filmdə boşanmış Azərbaycan qadının ümumiləşdirilmiş obrazının əks cins tərəfindən seksual obyekt kimi qəbul edildiyini, hər gün söz və jestlərlə seksual təcavüzə məruz qaldığını görürük. Gənc xanım sonadək namusunu qoruyub saxlamağı bacarsa da, adı ləkələnir və sonda onunla barışmaq məqsədilə geri dönən əri tərəfindən qəddarcasına qətlə yetirilir.

Filmin cəmiyyətə ötürmək istədiyi mesaj boşanmış qadına, ümumiyyətlə qadına olan münasibətin dəyişdirilməsinin zamanı gəldiyini çatdırmaqdır. Bu film "Namusumu təmizlədim” deyib, özlərinə haqq qazandıran qatillərə vicdan əzabı verəcək...
#QadınaŞiddətəSon
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol