• $
  • €
  • ₽
  • ₺
  • £

“Maşın”ın çətin gecələri başladı - Öhdəsindən kim gələcək?

“Maşın”ın çətin gecələri başladı - Öhdəsindən kim gələcək?
15.10.2019 23:46
MGP-nin dəstəyi ilə ərsəyə gələn, artıq 14 ildir televiziya məkanının ən baxılan və bahalı statusunu qoruyub saxlayan, "Maşın” realiti-şousunun "Maskarad” adlı sürətinin final mərhələsinin ilk gecəsi start götürüb.
Oxu.Az xəbər verir ki, əzmkarlıq, iradə və dözümlük nümayiş etdirərək, finala gəlib çıxan 3 məşhur - aparıcı Lalə Mustafayeva, aparıcı Suna Kasımoğlu və müğənni Ramal İsrafilov dəyəri 50 min manatlıq "Opel İNSİGNİA" avtomobili uğrunda mübarizələrini davam etdirirlər.

Şounun aparıcı, Xalq artisti Murad Dadaşov bu gündən SMS səsvermənin dayandığını və bundan sonra üç iştirakçının yalnız öz gücü bahasına avtomobilə sahib olacaqlarını tamaşaçıların nəzərinə çatdırıb.
Qeyd edək ki, şou sona yaxınlaşdıqca oyunun şərtləri daha da qəlizləşir. Belə ki şounun qaydalarına əsasən, artıq üç iştirakçının hər biri ayrı-ayrılıqda avtomobilin yanından ayrıla bilməyəcək. İştirakçılar yalnız xüsusi səs işarəsi səsləndikdən sonra iki saatdan bir əlini digər ilə əvəz edə biləcəklər. Hətta əli belə maşından sürüşdürmək qadağandır. Bunlara rəğmən oyunçular ürəkləri istəyən qədər su və qida ilə təmin olunacaqlar. 
Əgər iştirakçının sağlamlığında hər hansı problem yaranarsa, o zaman o, oyundan xaric olunacaq. Yalnız bir gün iştirakçılara təbii ehtiyaclarını ödəməyə icazə veriləcək. Növbəti gün isə bu tamamilə yasaqlanacaq.
 
Əsas şərt şounun final mərhələsində dözüm nümayiş etdirməkdir. 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol