• $
  • €
  • ₽
  • ₺
  • £

Oda teatrına basqın - Ramil Usubova müraciət

Oda teatrına basqın - Ramil Usubova müraciət
17.08.2014 16:00

Oda Teatrının rəhbəri Elmin Bədəlov Daxili İşlər naziri Ramul Usubovla görüşmək istəyir. Bu barədə Qaynar.info-ya E.Bədəlov özü məlumat verib.

 Onun sözlərinə görə 16 avqust saat 19:00-da teatrın göstərdiyi “Suicide” (İntihar) tamaşası zamanı teatr binasının qarşısında qalmaqal yaşanıb, bir qrup şəxs teatra hücum etmək istəyirmiş: “Tamaşa başlamamışdan bir neçə dəqiqə əvvəl bir qrup şəxslə teatrın əməkdaşları və tamaşaçılar arasında mübahisə baş verdi. Həmin şəxslərin bir neçəsi teatrın yerləşdiyi binanın qonşuluğunda yaşayan gənclər idi. Onlar teatra gəlib-gedən insanların bir neçəsinin şortik geyinməyini bəhanə ediblər. Halbuki bir aydır biz özümüz də şortiklə teatra gəlib-gedirik və indiyədək bizə qarşı belə bir problem yaradılmamışdı. Həmçinin teatrın binası şəhərin mərkəzində yerləşir ki, buradan gündə minlərlə insan şortik geyinmiş halda keçirlər. Biz ehtimal edirik ki, baş verən hadisə həmin şəxslərin teatra qarşı provakasiyası idi. Məhz buna görə, tamaşanı vaxtından əvvəl göstərməyə məcbur olduq. Oda Teatrı ölkədə incəsənətin inkişafı üçün çalışır. Teatrın fəaliyyətinə kömək olunmalıdır. Baş verən mübahisənin isə təkrarlanacağından narahatıq. Buna görə cənab nazir Ramil Usubovla görüşmək, hadisə barədə ətraflı məlumat vermək istəyirik. Tamaşa günləri teatr polis tərəfindən mühafizə olunsun. Teatr əməkdaşlarının və tamaşaçılarımızın təhlükəsizliyinin təmin olunması üçün nazirlik tərəfindən addım atılmasını xahiş edirik”.

Qeyd edək ki, Oda Teatrı 1-ci mövsümünü Topçubaşov küçəsində yerləşən binaların birinin zirzəmisində keçirib. Həmin müddət ərzində də buna oxşar bir hadisə baş vermişdi. Bu dəfə teatr ikinci mövsümünü yeni bir məkanda - Əlövsət Quliyev küçəsində yerləşən binaların birində davam etdirir. Hadisə baş verən gün isə teatrın 2-ci mövsümünün 2-ci nümayişi təşkil olunubmuş.

Qaynar.info

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol