• $
  • €
  • ₽
  • ₺
  • £

Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm

Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm
15.11.2019 15:36
Son üç ay ərzində konsertə görə mənə 20 min manat ziyan dəyib. Konertimlə bağlı çox söz verilsə də, heç biri yerinə yetirilmədi. 

Bunu Oxu.Az-a Xalq artisti Könül Xasıyeva borca düşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
"Bir çox şirkətlər, müəyyən insanlar söz versələr də, dediklərini yerinə yetirmədilər. Efirlərdə anonslar verilmədiyi üçün biletlər satılmadı. Televiziya kanalları məndən külli miqdarda pul istədi. Mənim də istənilən pulu ödəməyə imkanım yox idi.

Anons verilmədikdən sonra kim, harada, hansı tədbirin olacağını nə biləcək? Ona görə də şirkətlərə və icra hakimiyyətlərinə üz tutdum. Şirkətlərin adlarını çəkə bilməyəcəm. İcra hakimiyyətlərindən isə Səbail Rayon İcra Hakimiyyəti biletləri alıb pulunu da nağd ödədi. Amma Nərimanov Rayon İcra Hakimiyyəti beş min manatlıq bilet götürsə də, hələ də pulunu verməyiblər”, - deyə Könül Xasıyeva bildirib.

Xalq artisti bir çox müğənnilərin söz vermələrinə rəğmən, konsertə gəlmədiklərini qeyd edib:
"Xanəndə Mirələm Mirələmov və müğənni Könül Kərimova ikinci dəfə söz versələr də, konsertə gəlmədilər. Adlarını ona görə açıqlayıram ki, insanlar mənim yalan danışdığımı hesab etməsin. Çünki anonslarda onlardan icazə alıb adlarını çəkirik”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol