• $
  • €
  • ₽
  • ₺
  • £

Tarixi abidələrimiz: Qədim Novxanı məscidi - FOTOLAR

Tarixi abidələrimiz: Qədim Novxanı məscidi - FOTOLAR
13.08.2014 13:00
Rüstəm QasımovAzərbaycanın paytaxtı Bakı şəhərindən 21 km məsafədə, yarımanın şimal hissəsində yerləşən Novxanını Abşeronun əsas qəsəbələrindən biri hesab etmək olar. Novxanı paytaxt sakinlərinə daha çox, ilin yay vaxtları çimərliyin, restoranların, kafelərin və akvapark və digər istirahət şəbəkələrinin olduğu məkan kimi tanışdır. Amma çox az adam bilir ki, Novxanıda bir çox tarixi arxitektura abidələri var ki, onların da hər biri özünəməxsus xüsusiyyətlərə malikdir və dəqiq tədqiq olunmağa layiqdir.Belə tikililərdən biri XVIII əsrə aid olan qədim məsciddir. Kəndlilərin fikrincə, bu bina qəsəbənin ərazisində ən qədim tikintidir.Bu gün biz sizinlə qədim məscid binasının hansı vəziyyətdə olmasından xəbər tutacağıq. Tikilinin yerini tapmaq çox asandır. İstənilən yerli sakin sizə yolu göstərəcək və əgər lazım olsa, ötürəcək.Masazırla həmsərhəd olan yol vasitəsilə qəsəbənin köhnə hissəsinə enib, yarıdağınıq görkəmdə olan məscid binasını görmək mümkündür, bu məscid açıq bir məkanda yerləşir və hələ ki, yeni tikintilərlə mühasirəyə alınmayıb.Yerli sakinlərin sözlərinə görə, məscidin binası şah Sultan Hüseynin əmri əsasında, 1752-ci ildə inşa edilmişdir, şah bu ərazidə olarkən belə qərara gəlir. Məscid çoxlu insanlar yığıldığına görə, qəsəbənin mərkəzi binalarından birinə çevrildi. Sən demə, keçmiş vaxtlarda binanın ətrafında həqiqətən həyat qaynayırdı. Novxanı ticarət yollarında yerləşdiyinə görə, məscidin yanında karvansara və başqa binalar tikilmişdir. Amma zamanla tikintilər dağılmışdı. Məscidin ətrafındakı daşlar da bunu sübut edir. Qeyd etməyə dəyər ki, dini tikinti XX əsrin 20-ci illərinə qədər işləmiş, sonra isə baxımsız qalmışdır.ANN.Az xəbər portalı Novxanının qədim məscidinin fotosunu sizin diqqətinizə təqdim edir və ümid edir ki, tezliklə bu məscidin əsaslı şəkildə bərpa edilməsinə başlanacaqdır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol