• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da yaşayan azərbaycanlı biznes-ledi

ABŞ-da yaşayan azərbaycanlı biznes-ledi
26.11.2019 10:05
Deyilənlərə görə, insanlar iki kateqoriyaya bölünürlər- uğurlu və uğursuzlar. Uğursuz insanların həyatında çətinliklər, iztirablar nə qədər çox olursa, uğurlu insanların həyatı bir o qədər rahat, rəngarəng, maraqlı keçir. Bundan əlavə xalq arasında nisbi də olsa bədbəxt və ya xoşbəxt insan anlamı da var. Şair yaxşı deyib: "Göydən yerə leysan əvəzi dürr də yağsa, Bədbəxt olanın başına bir danəsi düşməz”. Xoşbəxtlik isə milyonlarla adamın arasından sahibini axtarıb tapır...

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Nərgiz Rzayeva- Bald uğurlu, xoşbəxt insanlardandır. 1981-ci ildə Moskvada ziyalı ailəsində dünyaya gəlib. 9 yaşı olanda Bakıya köçüblər. 1998-ci ildə orta təhsilini 43 nömrəli məktəbdə başa vurub. 1999-2004-cü illərdə BDU-nun biologiya fakültəsinin əvvəlcə əyani, son iki ilini isə qiyabi şöbəsində təhsil alıb. 2003-cü ildən ABŞ-ın Nyu Cersi ştatında yaşayır...

...Ömür-gün yoldaşı Robert Baldla 2001-ci ildə ABŞ-da müvəqqəti yaşayan bacısıgildə qonaq olarkən tanış olublar. 2002-ci ildə isə ailə həyatı qurublar. Robert sahil mikrosistemləri mühəndisləri şirkətində menecer işləyir. İki övladı var. Qızı Sofiya 12, oğlu Kamran 6 yaşındadırlar...

Nərgiz xanım Nyu Cersiyə gələndən sonra 2003-2005-ci illərdə "Cooper Rehab and sports therapy” şirkətində "medical billing specialist” vəzifəsində işləyib. 2005-2007-ci illərdə əvvəlcə "PBS " şirkətində, ardınca "Shore orthopedic group”da çalışıb. 2007-2009-cu illərdə analıq məzuniyyətində olub. Eyni zamanda, müəyyən kurslar götürərək daşınmaz əmlak üzrə mütəxəsis ixtisasına yiyələnib.

2009-2011-ci illərdə "Caldwell Bnker Realty” şirkətində həmin ixtisas üzrə fəaliyyət göstərib. 2011-ci ildə köhnə ixtisasına dönərək, iki il "The Plastic Surgery Center”də "medical billing specialist” vəzifəsində işləyib. 2013-cü ildən rəfiqələrindən biri ilə "Capital Medical Billing Solutions” şirkətini təsis edərək, həmin müəssisəyə rəhbərlik edir...

Deyir ki, "çox istərdim, azərbaycanlı gənclər mükəmməl təhsil alsınlar. Çətinliklərdən qorxmasınlar. İnadla məqsədə doğru irəliləsinlər. Xanımlarımız azad və maneəsiz bizneslə məşğul ola bilsinlər. Ölkədə qadın biznesmenlərin sayı artsın”...

Böyük tennis oynamağı, övladları ilə daha çox vaxt keçirməyi xoşlayır. Azərbaycan rəqs havalarını dinləməkdən zövq alır. Qətiyyətli, işgüzar, iradəli xanımdır. Həyatın insana bir dəfə verildiyini dərindən anlayır, onu necə yaşamağı yaxşı bilir. Necə deyərlər, taleyinə yazılan xoşbəxtliyin şirinliyindən dadaraq, daha gözəl günlərə doğru addımlayır...



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol