• $
  • €
  • ₽
  • ₺
  • £

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı - FOTOLAR

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı - FOTOLAR
03.12.2019 21:57
Heç bir estetik əməliyyat etdirməmişəm. Həm xoş xasiyyətli olduğum, həm də özümə fikir verdiyim üçün belə cavan qalmışam.
Bunu Oxu.Az-a danışan 72 yaşlı Əməkdar artist və rəssam Suğra Bağırzadə gözəllik və formada qalma sirrlərini bölüşərkən deyib.
"Hər səhər idman edirəm. Sağlam qidalanmağa fikir verirəm. Özüm-özümə qulluq edirəm. Maskalardan istifadə etməklə yanaşı, üzüm üçün bütün təmizlik proseslərinə də riayət edirəm.

Axşamdan dəmlədiyim zəfəranı hər səhər içirəm. Onu heç bir qida yemədən qəbul edirəm. Həmçinin gözümü dəmlədiyim zəfəran suyu ilə də yuyuram. Ümumiyyətlə, zəfəran çox xeyrlidir”, - deyə Əməkdar artist bildirib.
Aktrisaya təkliflər gəlsə də, səhhətinə və yaşına görə efirlərdən uzaqlaşdığını qeyd edib:
"Dağıntılar altında” serialında çəkildiyim zaman yıxıldığım üçün ayağım qırılmışdı. Ona görə də serialın sonuna kimi, ancaq yataqda oldum.
Hələ ki, indi-indi gəzməyə başlamışam. Ona görə də üzərimə çətin bir iş götürmək istəmirəm. Təkliflər var, amma həm yaşıma, həm də yıxılmağıma görə özümə fikir verməliyəm”.  
Yerli seriallarla bağlı səsləndirilən tənqidlərə gəlincə, Suğra Bağırzadə hər şeyin səviyyəsinin ona qoyulan sərmayədən asılı olduğunu bildirib:
"Pul önəmlidir. Sərmayənin yaxşı olması əsasdır. Film və seriallara istənilən və ya tələb olunan gəlir qoyulsa, hər şey yaxşı olacaq”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol