• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Azərbaycanın xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO
28.05.2020 21:45
"Onu heç xəstə yatağında görmək istəməzdim. Amma nə edəsən ki, yaş öz sözünü deyir. Elmira Rəhimovanı həmişə gümrah görməyə adət etmişəm.
 
Son vaxtlar səhhətindəki problemləri bilirdim. Amma o, buna baxmayaraq, özünü sındırmır, zarafatla da olsa "Top kimiyəm” deyirdi”.

Oxu.Az xəbər verir ki, bu sözləri teleaparıcı Hacı Nuran Hüseynov Xalq artisti Elmira Rəhimova barədə şəxsi "Facebook” hesabında yazıb.

Teleaparıcı sənətkarı görmək üçün xəstəxanaya gedib. E.Rəhimova ilə bağlı xatirələrini bölüşən Hacı Nuran onun bağ evi arzuladığını vurğulayıb:

"Elmira Rəhimova mənə anam qədər əziz insandır. Onun barəsində nə qədər yazsam, yenə də azdır. Azərbaycan incəsənətində onun xüsusi yeri var. Heç kim Elmira xanım kimi hind mahnılarını sevə-sevə oxumadı. Açığını desəm, nəinki hind mahnılarını, elə Hindistanın özünü də Elmira xanıma görə sevdim.

Belə böyük sənətkarı xəstə görmək mənə pis təsir etdi. Amma o, həmişəki kimi optimistdir. Elmira xanım arzusunu da dilə gətirdi - bağ evim olsun, gedim orada istirahət edim, doyunca nəfəs alım”. 
 
Hacı Nuran sənətçi ilə bağlı diləklərini də söylədi: 

"Yastığın yüngül olsun, Elmira ana. Allahdan sənə ancaq şəfa diləyirəm”.

Qeyd edək ki, ötən həftə ad gününü "Xəzər” TV-nin "5-də 5” axşam şousunda qeyd edən Hacı Nuranı təbrik etmək üçün Elmira Rəhimova studiyaya gəlib.
 
Sənətçi sonuncu dəfə məhz sözügedən proqramda iştirak edib. Onun uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol