• $
  • €
  • ₽
  • ₺
  • £

“Anar olmasaydı, yenə siz yaxşı yazıçı olmayacaqdınız“ - Fikrət Qoca

“Anar olmasaydı, yenə siz yaxşı yazıçı olmayacaqdınız“ - Fikrət Qoca
25.07.2014 14:05
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın Aktual.az-a müsahibəsi
- Fikrət müəllim, Hikmət Hacızadə Səməd Vurğun barədə yenə sərt danışıb. Bu haqda nə düşünürsüz?
- Mən bir dəfə bu məsələyə münasibətimi bildirmişəm, amma Hikmət Hacızadə yenə öz fikrində qaldığı üçün, bir daha bu məsələyə qayıtmaq istəyirəm. Bizim çatışmayan naqis cəhətimiz Hikmət Hacızadə və onun kimilərdir. Biz belələrini gizlətməliyik ki, gözə görsənməsinlər. O kimdir ki, Səməd Vurğunu müzakirə edə, onun haqqında bir söz deyə. Ayıbdır belə şeylər, indi o utanmır, amma biz utanırıq. Ona görə də belə məsələləri çox yaymayın.
- Amma Hikmət Hacızadənin Səməd Vurğun barəsində dediklərini dəstəkləyənlər də az deyil. Bu sırada müasir yazarlar, xüsusilə, fərqlənirlər. 
- Mən dedim axı, təkcə Hikmət deyil, onun kimilərdir. Onlar da balaca Hikmətlərdir. Onlar birdən-birə istəyirlər ki, səhər yuxudan durub vəzifə başında olsunlar. Axı şairlik, yazıçılıq vəzifə deyil. Bunun üçün gərək illərlə gecə-gündüz zülm çəkəsən, oxuyasan, öyrənəsən. Bunlar sadaladığım çətinliklərdən keçməyiblər, amma durub klassikləri müzakirə edib, kimin yaxşı, kimin pis olduğunu deyirlər. Bu sözümə görə üzr istəyirəm, amma bu ancaq mədəniyyətsizlik əlamətidir. Oturub mən başlayım ki, Şekspir yaxşıdır, ya pisdir, bu, mənə yaraşmaz axı. Onlara da yaraşmaz, heç kəsə yaraşmaz.
- Amma onlar sizi də, Anarı da tənqid edirlər.
-Yəqin məndən xoşları gəlir də. Çünki adamın kimdən xoşu gəlirsə, onu ya söyür, ya da tərifləyir. İkisindən birini edir. Bunlar hətta tərifləməyə də qısqanırlar, ona görə söyürlər. Bu, onların öz işidir, amma klassiklərə toxunmasınlar.
- Klassiklərin sırasına özünüzü də aid edirsiz?
- Mən Rəsul Rzanı, Səməd Vurğunu, onlar kimi bir çoxlarını nəzərdə tuturam. Axı biz bilmirik ki, o vəziyyətdə, o dövrdə yaşasaydıq, necə olardıq. Amma bu danışanlar, ağzıgöyçəklər indi bir-birini qırırlar. Onda balta gətirərdilər ki, boynunu vurun. Bunlar belədi də. Xalq arasında yaxşı bir deyim var: "sapı özümüzdən olan baltalar". İndi də var da bunlar. Bax, Anarı indi baltalayanlar həmin "sapı özümüzdən olan baltalar"dır. Yaxşı yazıçı ola bilmir, düşür Anarın üstünə. Anar olmasaydı, yenə siz yaxşı yazıçı olmayacaqdınız. Nə fərqi varmış? Bununla nə qazanırsınız? Bunu anlamaq olmur...
- Sizi vətəndaş mövqeyinizin olmamağına görə də ittiham edənlər var.
- Nizami Gəncəvinin əsərində iki nəfər atlı yolun qırağında it leşi görür. Atlılardan biri leşi görüb üzünü turşudaraq yana çevirir. Digəri isə ölü itə baxaraq "gör nə gözəl təmiz ağ dişləri varıymış" - deyir. Yəni demək istəyirəm ki, əgər istəsən, hətta, ən üfunətin içində belə gözəlliyi görə bilərsən.
Vətəndaş mövqeyi ancaq söyüş söymək deyil. Vətəndaş mövqeyi onları, həm də tərifləməkdir. Yəhudinin uşağı niyə ağıllı olur? Çünki ata-anası başını sığallayır, deyir ki, mənim balam dərs oxuyandır, boynuna qoyur, deyir, mənim balam çox ağıllıdır. Amma bizimkilər uşağın başına qapaz ilişdirib, "gic köpəyoğlu, axmaq oğlu, səndən bir şey olan deyil” - deyir. Uşaq da özündən əlini üzür, gedir doğrudan da o deyən kimi olur... Tərifləyə-tərifləyə də demək olar. Amma yalançı tərif yox. Kişi kimi, görürsən ki, bu işıqdı. İşığı gör də, işığı göstər uşağına. Qoy uşaq o işığa doğru getsin. Bunu eləmək lazımdı. 
Millətin hamısı gözəl olmur, hamısı eyni fikirdə olmur. Biz dəlixanaları ona görə tikmişik. Türmə də var, amma akademiya və universitetetlər də var. İndi imtahan vaxtıdır, maşallah, şəhər qaynayır. Bizim sərvətimiz bu məktəblərə axışan cavanlardır. Niyə bunları görmürsünüz? Bu da vətəndaş mövqeyidi də. 
- Ədəbiyyat adamının ictimai-siyasi hadisələrə münasibət bildirməsi nə qədər zəruridir?
- Mən şairəm, şeirimi yazıram. Bilirsən, bir millət vəkili durub deyirsə, Fikrət filan şeri pis yazıb. Bu, onun öz işidir, bəyənir, bəyənmir. Amma mən şairəmsə, bir millət vəkilini danlamaq fikrində deyiləm. Çünki onu camaat seçib, qoy o da öz siyasi işlərini görsün. Siyasətin siyasət adamı var...
Deyirlər, dalınca aparmır. Mən camaatı yığıb arxamca hara aparmalıyam? Nəyə görə? O yollarla ki qabaq gəlmişik, indi o yollar gül kimi tər təmizdi. Təmizlənir. Bu yolla gedin də, gedirsizsə gələcəyə. Bütün yollar ömrün axırına gedir, sənin ömrünün, mənim ömrümün. Mən bu yolla gedəndə özümü rahat hiss edirəm. Sən də get o yolla. 
Onlar istəyir ki, xalq küçəyə tökülsün. Küçəyə tökülüb şüşələri qıracaqsız, fanarları sındıracaqsız. Bundan artıq neyləyəcəksiz? Bu xaosdan axı biz keçmişik. Az qalmışdı ki, ölkə parçalansın. Biz bu dövrü keçmişik. Uzaq keçmiş deyil. Elə torpaqlarımızın 20 faizi də o qarışıqlıqda əldən getdi.
Xaricdə balıq tutmaq istəyəndə onlar suyu qatışdırır, bulandırır, sonra da balığı tutub yığırlar qırağa. Bizi də elə elədilər. Bunu nə bir dəfə, nə iki dəfə - dəfələrlə eləyiblər. Ağlınız olsun da. Yavaş-yavaş tikilıb-qurulur. Şəhər günü-gündən gözəlləşir. Dünya da bizi yavaş-yavaş tanıyır...
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol