• $
  • €
  • ₽
  • ₺
  • £

Əbülfəz Qarayevdən kadr dəyişikliyi

Əbülfəz Qarayevdən kadr dəyişikliyi
24.07.2014 16:32
Mədəniyyət və Turizm Nazirliyində yeni kadr təyinatı edilib.

Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 24 iyul 2014-cü il tarixli əmri ilə nazirliyin Aparat rəhbəri vəzifəsinə Bayramov Rafiq Yasin oğlu təyin olunub.R. Bayramov 1972-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1995-1998-ci illərdə gənclər təşkilatlarında, Gənclər Təşkilatlarının Milli Şurasında ictimai fəaliyyətlə məşğul olub. 1998-1999-cu illərdə Bakı səhər Nizami rayon Gənclər və İdman İdarəsində, 1999-2001- ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparatında  ictimai - siyasi şöbədə məsul vəzifələrdə  işləyib. 2001-ci ildən Gənclər, İdman və Turizm Nazirliyində  Gənclərlə iş şöbəsində baş təlimatçı, 2003-2006-cı illərdə gənclər, idman və turizm nazirinin köməkçisi, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin köməkçisi işləyir.2011-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.Qeyd edək ki, nazirliyin keçmiş Aparat rəhbəri Firudin Qurbanov Azərbaycan prezidentinin 18 iyul tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol