• $
  • €
  • ₽
  • ₺
  • £

Övladını hərbiyə yola salmağa gecikən ana avtobusun arxasıycan qaçır....

Övladını hərbiyə yola salmağa gecikən ana avtobusun arxasıycan qaçır....
28.05.2020 23:17
Azərbaycanın tanınmış aktrisası, diktor və mədəniyyət xadimi, mərhum Tamara Gözəlova bu gün dəfn olunacaq.
Bu barədə onun oğlu Vasif Ağamirov məlumat verib.
O bildirib ki, T.Gözəlova Əhmədli kənd qəbiristanlığında torpağa tapşırılacaq.
"Hazırda dəfn mərasimi başlayıb. Dəfn mərasimində isə kənar şəxslər yoxdur, ancaq öz ailə üzvlərimiz iştirak edir", - deyə V.Ağamirov deyib.
Qeyd edək ki, T.Gözəlova mayın 8-i günorta saatlarında uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
Xatırladaq ki, T.Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. Elə həmin ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.
1956-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.
Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında "Məşədi İbad” adı ilə məşhurlaşan "O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.(Report)
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol