• $
  • €
  • ₽
  • ₺
  • £

İkinci dəfə xərçəngə tutulan Əməkdar artist — “Özümü səkkizinci mərtəbədən atmaq istəyirdim” - VİDEO

İkinci dəfə xərçəngə tutulan Əməkdar artist — “Özümü səkkizinci mərtəbədən atmaq istəyirdim” - VİDEO
29.05.2020 00:57
"Bu günlərdə çox oturub-düşündüm. "Niyə bu günlərimi itirdim?”, deyə öz-özümə sual verdim”.
Anews.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri ikinci dəfə xərçəng xəstəliyinə tutulan, "Toppuş bacı” obrazı ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva ARB TV-də qonaq olarkən deyib.
Ağrılı-acılı günlər keçirən sənətçi kövrələrək xəstəliyinin onun əlindən hər şeyini aldığını söyləyib:
"Çox heyf ki, gözəlliyim, şarmım, hər şey onunla getdi. Köklüyümlə bağlımı deyim... Hər şey onunla getdi. Elə bil ki, insanların mənə olan ehtiyacı onunla getdi. Ən əsası isə televiziyaların mənə olan ehtiyacı getdi. Hər şeyi ona görə itirdim (ağlayır)”.

Xərçəngdən saçları tökülən T.Əliyeva qızı Zəhranın böyük stress keçirdiyini, hətta üç gün depressiyaya düşdüyünü dilə gətirib:
"Mənim üçün saç çox əhəmiyyətli idi. Onları birdən-birə kəsdirməyə əlim gəlmədi. Saçlarımı hörük etdim. Səhər duranda gördüm ki, hörüklərim yatdığım yastığın üstündədir. Ərim Röyala söylədim ki, saçlarımı keçəl etsəm, pis olmazsan ki? Dedi ki, "Bu nə danışıqdır, dəlisən? Əsla pis olmaram”.
Getdim, kimyaterapiyadan keçdim. Qayıdıb evə gələndə gördüm ki, Röyal saçını keçəl qırxdırıb.
Başımı qırxdıqdan sonra qızım Zəhra üç gün depressiyaya düşdü. Dayanmadan sual verməyə başladı ki, "Ana, saçın hanı? Ata, saçın hanı?” Başıma parik qoymaq istəyirdim. Amma sonra çalma ilə başımı bağladım. Zəhra gecə oyanıb diksinirdi.
Aldığı kimyaterapiyalardan zəifləyən Əməkdar artist canına dəfələrlə qəsd etmək istədiyini bildirib:
"Çox ağır dönəmlərdən keçib gəldim. Aprel ayında müayinə üçün həkimə gedəndə, söylədi ki, sənə yaxşı xəbərim yoxdur. Böyrək damarlarımda törəmə var. Koronavirusa görə, müalicəmi kimyaterapiya əvəzinə kimya tərkibli dərmanlar qəbul edərək davam etdirirəm.
Hər halımla ayağa qalxıb, dözüb, deyirəm yalnız irəli. Kim ki mənim kimi xərçənglə mübarizə aparır, onlara ayaqda durmağı arzu edirəm. İnanın, o qədər olub ki, özümü səkkizinci mərtəbədən pilləkənlərdən atmaq istəmişəm. O aldığım kimyaların təsirindən elə bir vəziyyətə qalırdım ki, qışqırıb Röyala deyirdim, ayaqlarımı pilləkənlərdən aşağı endir. Çünki ayaqlarımı qaldırıb, aşağı sala bilmirdim. Heç nəyə gücüm yetmirdi. Dərindən nəfəs alıb, Zəhranı gözümün önünə gətirib, güclü olmağımı özümdən tələb edirdim”.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol