• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Əməkdar artisti və ailəsi koronavirusa yoluxdu - FOTO

Azərbaycanın Əməkdar artisti və ailəsi koronavirusa yoluxdu - FOTO
28.05.2020 23:34
Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Şəfəq Əliyeva koronavirusa yoluxub. Həm də ailəlikcə. Aktrisa sağalsa da, hələ karantindədir.
 
Anews.az-ın xəbərinə görə, bu barədə aktrisa özü məlumat verib.
 
Deyib ki, həyat yoldaşı, Xalq artisti Rafiq Əliyevin dəfnindən evə qayıdan kimi ailəlikcə hamısının qızdırması qalxıb: "Necə hallara düşdüksə, Rafiqi unutduq, qaldıq öz hayımıza. Onsuz da yas vermək olmazdı, başımıza gələnlərdən sonra heç o barədə düşünə də bilmədik. Mən, oğlum, qızım, iki nəvəm, baldızlarım, hamımız müxtəlif klinikalarda koronavirusdan müalicəyə yatırıldıq”.
 
Şəfəq Əliyeva ailədə xəstəliyi ən ağır keçirən olub. Oğlu, nəvələri ondan əvvəl sağalıblar, xəstəliyi yüngül keçiriblər. Qızı ilə Şəfəq xanım Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında eyni palatada müalicə alıblar. 18 gündən sonra yaxşılaşan aktrisa evə yazılıb. Bu günlərdə isə qızı evə buraxılacaq. İki həftə də evdə karantində olmalıdırlar.
 
Aktrisa Lent.az vasitəsi ilə onun fikirlərini əhaliyə çatdırmağımızı istədi: "Çoxları bu virusa inanmır, müxtəlif sözlər deyirlər. Mən bunu yaşadım, ailəlikcə yaşadıq. Klinikalar xəstələrlə doludur. Mən nəfəs aparatına qoşulmuşdum. Sağ olsunlar, həkimlərimizə çox minnətdaram, yaşamağım üçün mübarizə apardılar.
 
Harada, necə yoluxduq, bilmirəm, biz karantində idik evdə, qorunurduq. İki ay idi Rafiqin yastığının kənarında oturmuşdum. Rafiq onkoloji xəstəlikdən əziyyət çəkirdi. Sağ olsun hökumətimiz, iki dəfə İstanbulda müalicə aldı, əməliyyat olundu, ömrü bir az uzandı, sonunda onu itirdik. Dediklərimi yazın ki, hamı bilsin, maariflənsin bu xəstəliklə bağlı, özlərini, əzizlərini qorusunlar. Bu virusla zarafat etmək olmaz, ciddi məsələdir. 18 gün ölümlə üzbəüz oldum. Karantin bitən kimi çıxıb efirlərə bu barədə danışacam ki, heç kim mən yaşayanı yaşanasın".Lent.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol