• $
  • €
  • ₽
  • ₺
  • £

Üç xalq şairinin səhhəti necədir?

Üç xalq şairinin səhhəti necədir?
17.07.2014 16:43
Azərbaycanın üç xalq şairi müxtəlif xəstəliklərdən əziyyət çəkir. Onların sorağı sonuncu dəfə Azərbaycan Yazıçılar Birliyinin qurultayında gəlib. Xalq şairləri Vaqif Səmədoğlu, Zəlimxan Yaqub və Söhrab Tahir səhhətlərindəki problemlərə baxmayaraq, bu tədbirdə iştirak ediblər. Modern.az hər üç xalq şairinin səhhəti ilə bağlı ən son məlumatları öyrənməyə çalışıb:
Mədə xərçəngindən əziyyət çəkən Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova Modern.az-a açıqlamasında xalq şairinin durumunun əvvəlki qaydada olduğunu qeyd edib: “Vaqif müəllim Bakıda müalicə alır. Həftədə bir dəfə klinikaların birində müayinədən keçir. Səhhəti əvvəlki durumdadır”.
Qeyd edək ki, Vaqif Səmədoğlu müalicəsi ilə bağlı mütəmadi olaraq İsrailə də gedir.
Böyrək çatışmazlığından əziyyət çəkən və bu üzdən vaxtaşırı Almaniyada müayinədən keçən xalq şairi Zəlimxan Yaqubun səhhətində də ciddi dönüş yoxdur. Özü və ailəsi  ilə əlaqə saxlaya bilməsək də, xalq şairinin ötən ayın əvvəllərində Almaniyadan sonuncu müayinədən qayıtmasını qeyd edə bilərik.  Almaniyadan qayıdan xalq şairi əməliyyat olunmayacağını qeyd etmişdi.
Qocaman xalq şairi Söhrab Tahirin səhhətində isə müsbət istiqamətdə dəyişiklik var. Şəkərli diabetdən əziyyət çəkən 87 yaşlı şair Modern.az-a açıqlamasında artıq tamamilə sərbəst hərəkət etdiyini, yaraların bitişdiyini qeyd edib. Xatırladaq ki, Söhrab Tahir yaşının bu vədəsində Azərbaycan Yazıçılar Birliyinin katibi olduğu Cənubi Azərbaycan Komissiyasının müzakirəsinə də qatılıb.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol