• $
  • €
  • ₽
  • ₺
  • £

ODA Teatrı biletlərin qiymətini aşağı saldı

ODA Teatrı biletlərin qiymətini aşağı saldı
16.07.2014 22:17

İyulun 15-i müstəqil ODA Teatrının 1 yaşı qeyd edilib. 

AzNews.az-a daxil olan məlumata görə, tədbirdə media nümayəndələri, aktyorlar, rejissorlar və yazarlar iştirak ediblər. Tədbiri açıq elan edən teatrın təsisçisi və rəhbəri Elmin Bədəlov ODA-nın necə yaranmasından danışıb: “ODA təsis olunmamışdan öncə biz gənclərlə birgə “teatr qrupu” formasında toplaşırdıq. Daha sonra 2013-cü il iyulun 15-də teatr olaraq tamaşaçıların görüşünə gəldik. Bu yolda bizə dəstək olan hər bir kəsə - tamaşaçılarımıza, bizi sevənlərə, media nümayəndələrinə xüsusi təşəkkürümüzü bildiririk”.

E.Bədəlov daha sonra teatrın gördüyü işlərdən söz açıb: “Biz “teatr qrupu” kimi fəaliyyət göstərəndə “Evlənmə” tamaşasını nümayiş etdirmişdik. Tamaşanı 5 dəfə “D31” kitab evində nümayiş etdirdik. Hər nümayişə 80-90 nəfər tamaşaçı gəlmişdi. Ümumilikdə 400 nəfərdən çox edirdi. Daha sonra bu tamaşanı 1 dəfə Xətai rayonunda yerləşən Bakı Xətai Sənət Mərkəzində 500-dən çox insana nümayiş etdirdik.

ODA teatrı daha çox Facebook sosial şəbəkəsi vasitəsilə tamaşaçı toplayır. Teatrımızın rəsmi səhifəsi belədir: fb.com/teatroda

Teatr rəhbəri qeyd edib ki, teatrın bütün tamaşalarının biletləri standart olaraq 3 manata endirilib: “Tamaşaların biletlərinin qiyməti 3, 4, 5 manatdan başlayırdı. Lakin biz qərara gəldik ki, bütün tamaşaların biletlərinin qiymətini 3 manata endirək. Çünki Azərbaycan tamaşaçısının bir o qədər yüksək gəliri olmadığı üçün biletlərin ucuz satılması onların tamaşalarda iştirakını təmin edə bilər. Belə olan halda tamaşaya çox insan qatılacaq və ölkədə teatra marağı artıra biləcəyik”.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol