• $
  • €
  • ₽
  • ₺
  • £

Himnimizin aranjemanı nə üçün Rauf Əliyevə tapşırılıb? - rəsmi açıqlama

Himnimizin aranjemanı nə üçün Rauf Əliyevə tapşırılıb? - rəsmi açıqlama
09.07.2014 11:30

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın dövlət himninin aranjeman olunmasının bəstəkar Rauf Əliyevə tapşırılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, himnin Rauf Əliyeva tapşırılmasında başqa məqsədlər, şübhəli məqamlar axtarmaq peşə etikasına ziddir: “Əvvəla, dövlət himninin aranjeman olunması təkcə Rauf Əliyevə tapşırılmayıb. Bu prosesdə bir neçə bəstəkar iştirak edəcək və qərar verilməyib ki, son variant kimi Rauf Əliyevin işi qəbul olunacaq, ya yox. Bu iş bir neçə mərhələdən ibarətdir”. Z.Əliyeva himnin yenidən aranjeman olunmasının hansı zərurətdən yarandığına da aydınlıq gətirib: “Heç bir iş mükəmməl deyil. Himnin daha gözəl və möhtəşəm səslənməsi üçün aranjeman olunması məqbul bilinib. Demək istəyirəm ki, bu, yalnız bizim himnimizin daha əzəmətli səslənməsinə xidmət edən işdir və Üzeyir Hacıbəyovun əsərinə heç bir xələl gəlməyəcək”. Nazirlik rəsmisi bəstəkar R.Əliyevin işə cəlb olunmasını onun peşəkarlığı ilə əlaqələndirib: “Rauf Əliyev çox böyük mütəxəssisdir. Mədəniyyət və Turizm Nazirliyinin layihələrinə əvvəllər də cəlb olunub. Peşəkar mütəxəssisin ailəsində olan hansısa faktın məqsədli qabardılması onun peşəkarlığına kölgə sala bilməz”. Qeyd edək ki, Rauf Əliyevin həyat yoldaşının milliyyətcə erməni olması, qızı Röya Mirzəyevanın isə Ermənistandan sığınacaq istəməsi dövlət himninin aranjeman olunmasının ona tapşırılması ətrafında ajiotaj yaradıb. Azərbaycan vətəndaşı Röya Rauf qızı Mirzəyeva (ilk həyat yoldaşının soyadını daşıyır) yanvarın 29-da həyat yoldaşı, 37 yaşlı Cavid Orucov və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Rauf Əliyev mətbuata açıqlamasında qızından imtina etdiyini bildirib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol