• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar Mobile”dan unikal addım - FOTOLAR

“Nar Mobile”dan unikal addım - FOTOLAR
02.07.2014 15:15

2-30 iyul 2014-cü il tarixləri arasında “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Baku Creative Center” yaradıcılıq mərkəzi tərəfindən “Azerbaijan Art Festival – 2014” layihəsi reallaşdırılacaq. Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirliyinin dəstəyi ilə gerçəkləşdiriləcək layihənin açılış mərasimi 1 iyul tarixində Bakı Biznes Mərkəzində keçirilib. Mətbuat konfransında çıxış edən “Baku Creative Center” yaradıcılıq mərkəzi, “Nar Mobile” mobil operatoru və Mədəniyyət və turizm nazirliyinin nümayəndələri bu genişmiqyaslı tədbirin əhəmiyyətindən bəhs ediblər.  

Qeyd edək ki, “Nar Mobile” mobil operatorunun səyi nəticəsində ardıcıl olaraq ikinci il keçirilən festival çərçivəsində gənc azərbaycanlı rəssamlar tərəfindən ölkənin müxtəlif bölgələrinə səfərlər edilir, sərgi və ustad dərsləri təşkil olunur, yüksək performans nümayiş etdirilir. Xoş ənənəni davam etdirən gənc rəssamlar bu il ardıcıl olaraq Astara (2-4 iyul), Lerik (4-6 iyul), Yardımlı (6-8 iyul), Lənkəran (8-10 iyul), Bərdə (10-12 iyul), Goranboy (13-15 iyul), Gəncə (15-17 iyul), Şəmkir (17-19 iyul), Qazax (20-22 iyul) və Ağstafada (22-24 iyul) olacaq, sərgi və dərslər təşkil edəcəklər. Bu il festivalın daha interaktiv bir şəraitdə keçirilməsi gözlənilir. Belə ki, ustad dərslərdə sənətə marağı olan hər kəs yaradıcılıq prosesinin şahidi olmaqla yanaşı, həm də dərs zamanı hazırlanan kiçik sənət nümunəsini özü ilə apara biləcək. “Azerbaijan Art Festival” səfərlərinin mütəmadi olaraq təşkil edilməsi rəssamlıq sənətinin bölgələrdə təşviqi baxımından böyük önəm daşıyacaq. 

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli  təkliflərini təqdim etmiş və onların rəğbətini qazanmışdır. Mobil operator münasib danışıq tarifləri ilə yanaşı, müxtəlifliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və hər zona üzrə vahid qiymət ödənilməsini nəzərdə tutan sadə rouminq təklifləri ilə abunəçilərin etimadını doğrultmuşdur. Xatırladaq ki, “Nar Mobile” mobil operatoru abunəçilərinə bölgələrdə ünsiyyəti daha sərfəli edən “Sənin 3-ün” tarifini də təklif edir. Bu tarifə qoşulan hər bir istifadəçi bölgələrdə bütün Azərbaycanla dəqiqəsi 3 qəpiyə danışmaq imkanı əldə edir.    

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol