• $
  • €
  • ₽
  • ₺
  • £

Adil Mirseyidin müalicəsi üçün İlham Əliyevə müraciət edldi

Adil Mirseyidin müalicəsi üçün İlham Əliyevə müraciət edldi
30.06.2014 13:22
Bir qrup ziyalı və şair Adil Mirseyidin müalicəsi ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, müraciətdə bildirilir ki, xeyli vaxtdır qaraciyər sirrozundan əziyyət çəkən şairin vəziyyəti günü-gündən ağırlaşır və artıq kritik həddə çatıb. Müraciətdə deyilir şair Adil Mirseyid Azərbaycanın son 35 illik ədəbi-mədəni həyatında dərin iz qoyub, çağdaş Azərbaycan şeirini təzələyib, estetik planda yeni müstəviyə çıxaran böyük şairlərdən biridir: “Təəssüf ki, o da ədəbiyyat tarixindən adları bəlli bir çox sənətkarlarımız kimi ehtiyac və evsizlik şəraitində yaşayır, indi isə amansız xəstəliklə üz-üzə dayanıb. Məhz bu gün onun sizin və dövlətimizin himayəsi altına alınaraq birdəfəlik və əsaslı  şəkildə müalicə olunmasına ehtiyacı var. Şairin müalicəsinə yardım etmənizi sizdən xahiş edirik. İnanırıq ki, sizin şəxsinizdə dövlətimiz həmişəki kimi humanist davranacaq, şair Adil Mirseyidin müalicəsinə yardım etməklə həm şairin ailə üzvlərini, həm onun poeziyasını sevən minlərlə insanı və bütövlükdə isə ədəbi-mədəni ictimaiyyəti sevindirəcək”. Qeyd edək ki, müraciətə Səlim Babullaoğlu, Xəyal Rza, Rafiq Həşimov, Elçin İsgəndərzadə, Şeyx Əbdül, Nizaməddin Şəmsizadə, Baba Vəziroğlu, Rey Kərimoğlu, İlham Tumas və Qulu Ağsəs imza atıb.  ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol