• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artistinə yardım kampaniyası başlandı - Müraciət

Xalq artistinə yardım kampaniyası başlandı - Müraciət
30.06.2014 12:58
"Adəm” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyası hazırda səhhətində ağır problemlər olan xalq artisti Ramiz Əzizbəylinin xilası üçün kampaniyaya start verib. Assosiasiyanın bununla bağlı yaydığı müraciətdə deyilir:
- Hörmətli Həmvətənlər! Öncə Sizləri "Adəm” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyası olaraq müqəddəs  Ramazan ayının başlaması münasibəti ilə təbrik edirik! Uca Allahdan hər birinizə bu müqəddəs ayın fəzilətlərinə qovuşmağı, tutduğunuz orucun qəbul olunmasını, can sağlığı və bol ruzi diləyirik.  
Eyni zamanda bildiririk ki, respublikamızın xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Respublika Ağsaqqallar Şurasının Məclis üzvü, "Adəm” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının birinci vitse-prezidenti Ramiz Əzizbəyli uzun müddətdir ağır xəstəliklərlə mübarizə aparır. Onun tam müalicəsi böyük səy və xərc tələb edir. Üçüncü dəfə insult keçirdiyi dövrdən hal-hazıradək Ramiz müəllimin müalicəsinin həyata keçirilməsi üçün tərəfimizdən bir çox işlər həyata keçirilmişdir. Lakin bu gün yenə də dəyərli sənətkarımızın durumu ürək açan deyil, onun sağalması üçün müalicəsi davam etməli, eyni zamanda maddi və mənəvi problemlərinin həlli istiqamətində ciddi işlər görülməlidir. 
Qeyd edilənləri nəzərə alaraq, "Adəm” Beynəlxalq Xeyriyyəçilər Asossiasiyası müqəddəs Ramazan ayında xalq artisti ilə bağlı "Ramiz Əzizbəylini əziz tutaq” adlı dəstək aksiyası təşkil edir.
Dəyərli sənətkarımızı əziz sayan soydaşlarımız! Ramiz Əzizbəylinin tam sağalaraq ayağa qalxması, onun problemlərdən qurtularaq arzu etdiyi növbəti dəyərli, yaddaşlara "Bəxt üzüyü” filmi qədər hopacaq yeni bir kinonu çəkməsi heç şübhəsiz ki, hər birimizin istəyidir. Odur ki, müqəddəs Ramazan ayında başlatdığımız bu dəstək aksiyasına qoşulmağınızı, bacardığınız maddi və mənəvi dəstəyi verməyinizi Sizlərdən xahiş edirik.  
Ramiz Əzizbəyli hər birimiz üçün əzizdir, çünki o, dəyərli ömrünü xalqına həsr etmiş sənətkardır. Bu gün isə bizim ona dəstək verməyimizin zamanıdır. Bu işi Ramazan ayında həyata keçirmək isə Allah dərgahında da ikiqat savabdır. 
 
 Bizim rekvizitlər:
Az.Beyn.Bankı mərkəzi filial F.A.D. 805722, VÖEN 9900001881
 Swift: İBAZAZ2X,müxbir hesabı: 0137010002944, h/h 33308019449329086204 "ADƏM”BXA VÖEN 1500504341 Bakı ş. 2-çi Cənub küç.1/15 Tel. (012) 566-39-95; (012) 408-39-85; 070-710-60-30; 050-681-00-68; 055-769-25-22
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol