• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli məşhur müğənni Halil Sezai həbs edildi- VİDEO

Türkiyəli məşhur müğənni Halil Sezai həbs edildi- VİDEO
18.09.2020 10:25
67 yaşlı Hüseyn Meriçi döydüyü barədə görüntülər yayıldıqdan sonra məhkəməyə çıxarılan Türkiyənin məşhur ifaçısı və aktyoru Halil Sezai qəsdən sağlamlığa ağır xəsarət vurma ittihamı ilə həbs olunub.

Anews.az xəbər verir ki, bu barədə "Hürriyet” xəbər yayıb.
Məlumatlara görə, o və tanınmış rejissor Aytac Ağırlar İstanbulda film çəkilişi üçün villa kirayələyib. Ancaq dörd villadan ibarət kompleksdə yaşayan Hüseyn Meriç və Mesih Meriç filmin çəkilişlərinin burada baş tutmasına razı olmayıb. Bundan sonra tərəflər arasında tez-tez mübahisələr yaşanıb.

Hadisə günü ilə bağlı danışarkən məşhur müğənni içkinin təsirində olduğunu deyib.
"Onun evinə gedəndə dörd villanın ortaq bağçasından keçdik. Mən həmin vaxt bağçadan odun götürdüm ki, onunla zarafat edim. Onu vurmaq niyyətim olmayıb”.
Məşhur ifaçı 67 yaşlı Hüseyn Meriçin onu söydüyünü və bundan sonra aralarında münaqişə yaşandığını vurğulayıb.
"Bağçada vurduğumu xatırlamıram. Ancaq küçədə də söyməyə davam etdiyi üçün etməməli olduğum davranışı sərgilədim. Heç özümə yaraşdırmıram. Peşmanam”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol