• $
  • €
  • ₽
  • ₺
  • £

Samirə Mustafayeva: Bilirdim ki, pis şərhlər yazacaqlar - FOTO

Samirə Mustafayeva: Bilirdim ki, pis şərhlər yazacaqlar - FOTO
24.09.2020 20:21
Azərbaycan Televiziyasının yeni mövsümdəki yeniliklərindən biri də TV-yə yeni simaları cəlb etmək oldu. 
Onlardan biri də işinin peşəkarı olan teleaparıcı Samirə Mustafayevadır. 

"AzTV Xəbər”in əsas buraxılışının aparıcısı olan S.Mustafayevanın 5 il sonra televiziyaya qayıdışı isə kifayət qədər maraqla qarşılandı.


AzTV-nin rəsmi "Telegram” kanalı olaraq xanım aparıcından müsahibə alıb.


Həmin müsahibəni təqdim edirik:


- Samirə xanım, efir üçün darıxmışdınızmı?
- Həmişə elə hiss eləmişəm ki, mən televiziyada doğulmuşam. Lakin son 5 il ərzində TV-yə geri dönməyi düşünmürdüm. Bir neçə televiziyadan təkliflər almağıma baxmayaraq, yenidən bu işə başlamağı heç ağlıma da gətirmirdim. Amma AzTV-yə gəldim, efirə çıxdığım an efir üçün nə qədər darıxdığımı hiss etdim. O sevgini, o hissləri təzədən yaşadım.


- Geridönüş çətin olmadı ki?
- 2 il idi Azərbaycan Televiziyasının bədii rəhbəri Ranar Musayevlə danışıqlarımız olurdu. Məni TV-yə qayıtmağa razı salmağa çalışırdı. "Yox, yox” deyib razı olmurdum. Amma elə bir məqam yetişdi ki, "yox” baryerini aradan götürməyə qərar verdim. 


- Sirr deyil ki, zahiri görkəminizdə dəyişikliklər etmisiniz. Dəyişiklik etməyə ehtiyac hiss etdiniz, yoxsa...
- 5 il ərzində heç bir yerdə görünmədiyim üçün zahirimdəki dəyişiklik tamaşaçıya qəribə gəldi. Mən əvvəllər də tez-tez dəyişiklik edirdim. 5 il əvvəl də bir gecə yatıb səhər saçlarını qısa kəsdirən, qara saçı sarı rəngə boyayıb efirə çıxan mən olmuşam. Tamaşaçılar, bəlkə də o dövrləri unudub. Amma illər, aylar insanı dəyişir axı. Bu illər ərzində çox aparıcımız dəyişib. Üzdə olan insanların dəyişdiyini görə-görə gəlmişik deyə bizə qəribə gəlmir. Mən isə uzun müddət heç yerdə görünmədiyim üçün belə bir reaksiya normal qarşılanandır. Dəyişikliyim müzakirə olunubsa, bunun özü belə mənə  xoşdur. Bütün bunlar göstərdi ki, tamaşaçı məni unutmayıb. Əslində, məni televiziyaya tamaşaçı qaytardı. Sizə maraqlı bir xasiyyətimi deyim: mən rəsm çəkməklə sakitləşən adamam. Bununla sanki neqativi atıram üzərimdən. Buna görə də efirdə olmadığım illərdə başımı makiyaj etməyi öyrənməklə qatdım, nəsə yaratmağa çalışdım. Şəxsi instaqram səhifəmdə bu tip əl işlərimi paylaşarkən belə "Samirə xanım, efirə nə zaman qayıdırsınız?” yazanların sayı-hesabı olmurdu. İnsanların bu çağırışları məni geri qaytardı. Halbuki əvvəl unudulmaq istəyirdim. Bu 5 ildə mübarizə aparırdım ki, unudulum, yaddan çıxım.Amma tamaşaçım məni geri qaytara bildi.


-Televiziyaya qayıtmağınıza nə təkan verdi?
- İyul hadisələri zamanı xəbərləri televizordan izləyəndə hiss etdim ki, mənim yerim evdə - divanda oturmaq deyil. Çox pis olmuşdum. Özümü günahlandırırdım ki, niyə mən öz yerimdə deyiləm. Bu mübarizədə, bu müharibədə düşmənlərimizə qarşı tək səngərdə deyil, bütün sahələrdə bir olmalıyıq, media sahəsi isə xüsusilə diqqətli və birlikdə olmalıdır.


-Nə üçün məhz Azərbaycan Televiziyası?
-Azərbaycan Televiziyası həmişə bir məktəb olub. Sanki Azərbaycan televiziya məkanı AzTV-də doğulub. Buraya gələndə elə bildim sanki elə əvvəl də AzTV-də işləmişəm. Çox doğma kollektivi var. Hamı çalışır ki, özümü burada yad hiss etməyim, heç elə hiss etmirəm də.
 







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol