• $
  • €
  • ₽
  • ₺
  • £

"Sahil bağı"nda gənc rəssamların sərgisi

"Sahil bağı"nda gənc rəssamların sərgisi
25.06.2014 19:21
26 İyun – Silahlı Qüvvələrin yaranma günü ilə bağlı şəhərin mərkəzindəki «Sahil bağı»nda gənc rəssamların iştirakı ilə tədbir-sərgi keçirilib. 
Gənclərimizin yeni ideya və təşəbbüslərinə hər zaman köməkçi olan Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dövlət Neft Akademiyasının tələbəsi Zülfüqar Vəliyev «Müstəqilliyimiz əbədidir» adlı rəsm sərgisi layihəsinin həyata keçirilməsində Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Emin Art Studio yaxından iştirak ediblər.
Jurnalist Günay Malikqızının aparıcılığı ilə «Sahil bağı»nda keçirilən tədbir-sərginin açılış mərasimində Gənclər Fondunun nümayəndəsi Faiq Qürbətov, Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri Pərvanə Kazımzadə, Qarabağ müharibəsi veteranı Cəbrayıl Əliyev, layihənin rəhbəri Zülfüqar Vəliyev və başqaları çıxış edərək tədbirin məqsədi, gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində bu kimi tədbirlərin əhəmiyyətindən danışmış, gənc rəssamlara uğurlar arzulayıblar.
Qeyd olunub ki, tədbirin əsas məqsədi 26 İyun – Silahlı Qüvvələr günü ilə bağlı gənclər arasında maraqlı təbliğat formasında layihə həyata keçirməkdir. Layihədə iştirak edən gənc rəssamlar çəkdikləri rəsm əsərlərində Azərbaycanın bayürağında əks olunan 3 rəngdən istifadə edərək maraqlı rəsm kompozisiyaları hazırlamışlıar. Layihənin özəlliyi rəsm əsərləri nin çəkilişində yalnız 3 rəngdən – mavi, qırmızı və yaşıl rəngdən istfadə olunmaqdadır. Bu layihə vasitəsi ilə gənclərə vətənə, bayrağımıza hörmət və məhəbbət hislərinin aşılavnması nəzərdə tutulub.
Tədbir-sərgidə 20-ə yaxın gənc rəssam gözəl rəsm kompozisiyaları yaratmışlar. Sonda bu rəsmlərin müxtəlif sərgi salonlarında nümayəş olunması qərara alınıb.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol