• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc yazıçı bəyanat yaydı

Gənc yazıçı bəyanat yaydı
22.06.2014 00:19
Gənc yazıçı Rüfət Əhmədzadə (Rüfət Səid) AYO-ya üzv oldu.
Bununla bağlı gənc yazarın özü bəyanat yayıb. Bəyanatda deyilir:
"Azərbaycan ədəbiyyatına gəlişimin üzərindən artıq beş il keçib və bu müddət ərizində öz yazdıqlarımla ictimai fikrə təsir göstərməyə, ədəbiyyatımızın irəliyə doğru addımlamasına yardımçı olmağa çalışmışam. Bütün yazarlar kimi məni də, indi ədəbiyyatımızda sürməkdə olan bu durğunluq vəziyyəti narahat edir. Bunun üçün səylərimi daha da gücləndirməyə qərar vermişəm və davamlı olaraq ədəbiyyatımızda, cəmiyyətimizdə baş verən olaylara ictimai münasibətimi ifadə edən yazılar yazmaqdayam. 
Mənim enerjim, planlarım, mövqeyim və hədəflərim var. Buna görə də bundan sonra fəaliyyətimi müstəqil yazarların toplaşdığı Azad Yazarlar Ocağında davam etdirməyə qərar verdim. 
Bu qurumdan əsas gözləntilərim şəxsi fikirlərimin hörmətlə qarşılanması, ictimai mövqeyimin təşkilat üzvləri tərəfindən dəstəklənməsi və təşkilati məsələlərdə bərabərhüquqluluq prinsipinə əməl olunmasıdır.
 AYO-nun güclənməsi və böyük bir təşkilata çevrilməsi üçün, ən əsas da plyuralizmin inkişafı üçün əlindən gələni edəcəyəm. Digər azad ruhlu qələm dostlarımı da bu istiqamətdə səylərimizi birləşdirməyə dəvət edirəm".
 Xatırladaq ki, Rüfət Əhmədzadə (Rüfət Səid) "Sən busan" adlı hekayələr və mənsur şeirlər toplusunun, "Adım anonim qalsın" adlı esse və hekayələr kitabının müəllifidir. 2014-cü ildə Kulis.az saytının keçirdiyi "Ən qısa hekayə" müsabiqəsində Rüfət Əhmədzadə üçüncü yerə layiq görülüb, Azadlıq Radiosunun keçirdiyi "Ədəbi Azadlıq-2014"  müsabiqəsində isə şeir nominasiyası üzrə birinci yerə çıxıb. Hal-hazırda 28 yaşlı gənc yazar şeir və nəsr yazmaqla yanaşı, tərcüməçi və redaktor kimi də çalışır. Kult.az ədəbiyyat saytının redaktorudur.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol