• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda möhtəşəm gecə oldu

Bakıda möhtəşəm gecə oldu
17.06.2014 10:00
9-cu Kapadokya şeir festivalı çərçivəsində “Bir millət, iki dövlət: Azərbaycandan Anadoluya, türk dünyasına könül körpüsü” adlı gecə keçirilib.ANS PRESS-in məlumatına görə, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Milli Qurtuluş Gününə həsr olunmuş “Bir millət, iki dövlət: Azərbaycandan Anadoluya, Türk dünyasına könül körpüsü” adlı gecə və “Qarabağdan türk dünyasına könül körpüsü” mövzusunda 9-cu Kapadokya şeir festivalı baş tutub.Şeir festivalında Türkiyənin məşhur şairi Camal Safi başda olmaqla, qardaş Türkiyədən və İraqın Kərkük vilayətindən gəlmiş şairlər, eləcə də ölkəmizin tanınmış şair və sənətçiləri iştirak ediblər.Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Xalq Şairi Zəlimxan Yaqub çıxış edərək türk dünyasının şairlərinin iştirakı ilə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Camal Safinin isə yaradıcılığından nümunələr səsləndirməsi ardı-arası kəsilməz alqışlarla qarşılanıb.Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalının aparıcılığı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin rəhbəri millət vəkili Qənirə Paşayevanın, Aşıq Şəmşir Mədəniyyət Ocağı İB-nin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun və “ÜRGÜP” FM-in (Kapadokiya) təşkilatçılığı ilə keçirilən tədbirdə əməkdar artist Aybəniz Haşımova, xalq artisti Ağadadaş Ağayev, əməkdar artist Elza Seyidcahan, Aslan öz mahnı töhfələri ilə qonaqların qəlbini oxşayıblar.Qeyd edək ki, Bakıdan sonra Gəncə və Tovuzda, Ermənistanla ön cəbhədə də geniş tədbirlər və gecələr keçiriləcək.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol