Azərbaycanlı aktyor Kamran Yunisə ağır itki üz verib. Oxu.Az xəbər verir ki, bununla bağlı aktyor özü sosial şəbəkədə məlumat verib. O bildirib ki, atası Aydın Yunis vəfat edib. Qeyd edək ki, bu, aktyorun ailəsində son bir həftədə ikinci ağır itkidir. Bir həftə öncə K. Yunisin anası dünyasını dəyişib.www.anews.az