• $
  • €
  • ₽
  • ₺
  • £

Paulo Coelho dünya çempionatını "fəlakət" adlandırdı

Paulo Coelho dünya çempionatını "fəlakət" adlandırdı
13.06.2014 21:34

Braziliyanın ən məşhur yazıçısı Paulo Coelho deyib ki, ölkəsində başlanan futbol üzrə dünya çempionatını izləməyəcək. Baxmayaraq ki, bir neçə oyuna baxmaq üçün bileti var. "Bu, əsl fəlakətdir... Məncə, sosial partlayış olacaq. Yenə də zorakılıq baş qaldırıb. İnsanlarla hökumət arasında dərin uçurum var" - deyə yeni çap olunmuş "Xəyanət" romanının təbliği üçün Fransada olan Coelho yerli mətbuata bildirib. Braziliyada çempionata qarşı kütləvi etirazlar davam edir, etirazçılar kasıblığın azaldılmasına xərclənə biləcək pulların idman tədbiri üçün sərf edilməsinə qarşı çıxırlar. Maraqlıdır ki, Coelho 2007-ci ildə Braziliyanın namizədliyini dəstəkləyənlərdən idi. Hətta Braziliyanın FİFA-nın Sürix toplantısına göndərdiyi nümayəndə heyətinin üzvü idi. Coelho o zaman demişdi ki, çempionat Braziliyanı tamam dəyişdirəcək, çünki ölkənin infrastrukturu yenidən qurulmalı olacaq. Hətta ötən il rejissor Carla Dauden-in yaydığı videoçarxda dünya çempionatını boykota çağırmasını Coelho öz "tvit"ində axmaqlıq adlandırmışdı. İndi isə o, hesab edir ki, Almaniya, Fransa kimi ölkələr dünya çempionatına ev sahibliyi etməkdən bəhrələndiyi, inkişaf etdiyi halda Braziliyada bu baş verməyib. Sıravi insanların tərəfini tutan Coelho deyib ki, xəyal qırıqlığına uğrayıb. Çünki stadionlara xərclənən pullar xəstəxana, məktəb, nəqliyyat sahəsinə sərf oluna bilərdi. Azadliq.org

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol